ABŞ-ın İŞİD-ə qarşı başlatdığı anti-terror kampaniyasını
dünya siyasiləri yetərincə qənaətbəxş hesab etmirlər. Hətta ABŞ-ın
bu təşəbbüslərini "təvazökar mübarizə" kimi
qiymətləndirirlər.
Axar.az xəbər verir ki, bu fikirlər
CNN-in bir şərhində yer alıb. Şərhdə qeyd edilir ki, təxminən 5
ay əvvəl ABŞ Prezidenti Barak Obama Ağ Evdə belə bir çıxış edib:
"Bizim məqsədimiz şəffaflıqdır. Biz İŞİD-i tənəzzülə uğradaraq
dağıdacağıq. İŞİD-ə qarşı mübarizə hərtərəfli olacaq".
Həmin çıxışdan sonra ABŞ öz hərbi qüvvələrini İŞİD-lə mübarizə
üçün İraqa səfərbər etdi. Bununla belə vəzifədən gedən, keçmiş
Müdafiə Naziri Çak Hegel Birləşmiş Ştatlara müraciət edərək İŞİD-ə
qarşı mübarizədə səfərbərliyin genişlənməsinə ehtiyac duyulduğunu
qeyd etdi.
Belə bir halda sual meydana gəlir: İŞİD ABŞ-ın İraq və Suriyada
apardığı hərbi müdaxilələrə rəğmən niyə hələ də çökmür?
CNN-in verdiyi şərhə görə ABŞ koalisiya kampaniyasına start
verəndən bəri 6 mindən çox İŞİD əsgərini tələf edib.
Məlumatda qeyd edilir ki, İŞİD-in qırıcı hərbi qüvvələrinin sayı
9 minlə 18 min arasında dəyişir. ABŞ rəsmiləri qeyd edir ki,
İŞİD-in digər qruplarının sayı toplu olaraq 30 mini təşkil
edir.
ABŞ komandiri Loyd Austin çıxışlarının birində hərbi qüvvələrdə
əsgər azlığının müşahidə olunduğunu qeyd edib. Lakin
qarşılaşdırıldıqda qeyd etmək lazımdır ki, İŞİD-in hərbi
qüvvələrinin sayı artmaqda davam edir. ABŞ rəsmiləri qeyd edir ki,
oktyabr ayından bu yana sərhəddən kənar İŞİD-ə qoşulanların sayı
1000-i keçib.
ABŞ-ın Xüsusi Əməliyyatlar komandiri Jozef Votel isə keçən həftə
bildirib ki, Suriya müharibəsindən bu yana, son 3 ildə 90 müxtəlif
ölkədən 19 min xarici əsgər İŞİD-ə qoşulmaq üçün Suriya və İraq
ərazisinə yollanıb.
Belə ki, ABŞ-ın terrora qarşı başlatdığı bu kampaniya
nəticəsində son bir ayda 1200 İŞİD əsgəri öldürülüb. Buna
baxmayaraq, daha 1000 döyüşçü İŞİD-ə qoşularaq yenidən nisbəti
dəyişib.
Amerika politoloqları düşünür ki, İŞİD-ə qarşı mübarizədə ABŞ
İraqa daha çox yardım göstərməlidir. Əks təqdirdə İŞİD-ə qarşı
başladılmış bu kampaniya hərbi qüvvələrin nisbətini dəyişə
bilməyəcək.