Yuxarı

Prezident icra başçısını həbs etdirir - Təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident icra başçısını həbs etdirir - Təfərrüat

Dərbənd meri İmam Yarəliyev korrupsiya piramidasının növbəti "günah keçisi" kimi qurban verilir. Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov İ.Yarəliyevə İnciqalanın (Mahaçqala) icra başçısı olmuş Səid Əmirovun aqibətini yaşatmağa hazırlaşır.

Axar.az regionda baş verən proseslərlə bağlı mühüm məlumat əldə edib. Məlumatda yer alan nüans ondan ibarətdir ki, Yarəliyevə açılan cinayət işi ilə bağlı məhkəmə prosesi olacaq və o həbs ediləcək.

Abdulatipov Qafqazın ən nüfuzlu şəxsiyyəti kimi sevilən və Mahaçqala başçısı, iki ayağından əlil olan Səid Əmirovu Moskvadan gətirilən helikopterlərlə və xüsusi təyinatlıların vasitəsilə həbs etdirmişdi. Bütün bunlar azmış kimi, dəmir qutuda onun əl-ayağı bağlı helikopterlə göyə qaldırılması səhnəsini Rusiyanın bütün televiziya kanalları ilə nümayiş etdirilmişdi. İ.Yarəliyevin də dəmirbarmaqlıqlar arasına salınacağı gözlənilir.
Xəbərdə qeyd olunur ki, Abdulatipov İnciqalada prezident kürsüsünə oturan kimi dərhal kadr islahatları adı altında yeni rüşvət mexanizmlərini işə saldı. Bu yöndə mənsub olduğu rayondan çıxmış kadrlardan ibarət "Tələtər klanı"nı formalaşdırdı. Həmin klanın xaç atası isə onun qardaşı Rəcəb Abdulatipov idi. Ötən dövrdə Abdulatipov qardaşları faktiki olaraq bölgədə misli görünməmiş talançılıq siyasəti aparıblar. Bu dönəmdə düz üç dəfə Nazirlər Kabinetinin rəhbərliyi dəyişdirilib. Hər dəfə hökuməti istefaya göndərdikdən sonra təyinatlarla bağlı yeni rüşvət siyasəti də gündəmə gətirilib.

Yarəliyevə qanunsuz torpaq paylanması ilə bağlı cinayət işinin başlanması da məhz kosmetik kadr islahatlarının tərkib hissəsi kimi qiymətləndirilir. Ona Rusiya Cinayət Məcəlləsinin 286-cı - qanunsuz torpaq paylanmasını həyata keçirmək maddəsi ilə cinayət işi başlanıb. Dağıstanın Baş Prokurorluğu Dərbənd Şəhər Administrasiyasının dövlət büdcəsinə 36 milyon rubl ziyan vurduğunu açıqlayıb.

Dərbənddə Torpaq şöbəsinin rəhbəri vəzifəsini milliyətcə azərbaycanlı olan Kamil Seyidov yerinə yetirir.

Tarix
2015.02.04 / 21:52
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla