Yuxarı

Yarım milyon qərbli Rusiyadan üz döndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarım milyon qərbli Rusiyadan üz döndərdi

Qərb ölkələrindən Rusiyaya gələn turistlərin sayında 500 min azalma müşahidə olunub.

Axar.az xəbər verir ki, Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında ölkəyə 1 milyon 230 min turist gəlib. Halbuki 2014-cü ildə bu rəqəm 1 milyon 730 min civarında olub.

Xidmətin məlumatına görə, ən çox ABŞ, İngiltərə və Almaniyadan gələn turistlərin sayında azalma baş verib. Belə ki, Almaniyadan 108 min, ABŞ-dan 79 min, İngiltərədən isə 68 min daha az turist bu ölkəyə səfər edib.

Qərb ölkələrindən gələnlərin sayında azalmanın ən çox 2014-cü ilin ikinci yarısından sonra hiss olunmağa başladığı deyilir.

Qərb ölkələri xaricində digər ölkələrdən Rusiyaya gələnlərin sayında isə 70 faiz azalma var. MDB məkanından Rusiyaya üz tutanlara qarşı sərt qaydaların tətbiqi, xarici dil imtahanı və iqtisadi geriləmə say nisbətinin kəskin azalması ilə nəticələnib.

Tarix
2015.02.06 / 19:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla