Yuxarı

Erməni mediası: Paşinyan 2019-da fiaskoya uğradı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mediası: Paşinyan 2019-da fiaskoya uğradı

Ermənistan kütləvi informasiya vasitələri cari ilin yekunlarını təhlil etməyə başlayıblar. Xüsusilə də İrəvanın məşhur “Fakt” qəzeti “2019-cu il və Paşinyanın vədləri” başlıqlı məqalə dərc edib.

Axar.az-ın məlumatına görə, qəzet Nikol Paşinyanın 2019-cü ildə erməni ictimaiyyətinə verdiyi vədləri maneəsiz icra etməsi üçün hər cür şəraitin olduğunu yazıb.

“Vətəndaşlar 2019-cu ilin Ermənistan üçün yüksəliş ili olacağına böyük ümidlər bəsləyirdi. Ancaq biz geridə qalan ilə baxarkən aydın olur ki, insanların gözləntiləri reallıqdan çox uzaqdır. İl boyunca hökumət iqtisadiyyatın inkişafı, həyat şəraitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi, immiqrasiyanın təmin edilməsi və s. ilə əlaqəli olan real islahatlarla deyil, populizmlə və populist şüarlarla məşğul olub. Nəticədə, 2019-cü il əvvəlki illərlə müqayisədə iqtisadi cəhətdən əlamətdar olmadı və ölkədən emiqrasiya davam etdi. Bu ən aşağı səviyyədir və bundan da aşağı düşmək mümkün deyil”, - deyə nəşr bildirir.

Məqalədə bildirilib ki, oktyabr ayına olan göstəricilərə əsasən, Ermənistan əhalisinin sayı bu il 11700 nəfər azalıb. Birbaşa xarici investisiyaların kəskin azalması müşahidə olunub. Bu ilin ilk doqquz ayı ərzində investisiyaların həcmi 60 milyon dollar azalıb. İnsanların sosial rifahı yaxşılaşmayıb, əmək haqları və təqaüdlər aşağı olaraq qalır, mühüm istehlak mallarının qiymətləri isə artmaqda davam edir.

“Belə çıxır ki, Paşinyan hakimiyyət dəyişilən zaman vəd etdiyi müsbət dəyişikliklərə 2019-cu ildə nail ola bilmədi və növbəti il də zaman artıq Baş nazirin xeyrinə işləyəcək. İnsanlar Paşinyanın təqdim etdiyi rəqəmlərə və korrupsiya ilə mübarizə haqqında urəkparçalayan rəvayətlərinə daha inanmır”, - deyə ermənistanın “Fakt” qəzeti yazır.

Tarix
2019.12.24 / 13:37
Müəllif
Əli, Vüsal
Digər xəbərlər

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

İlham Əliyevin Serbiya səfərindən - Video

Vüqar Qurbanovun 300 minlik avtomobili: Nömrəsi... - Foto

Vahidə Rzayeva bu vəzifəyə təyin olundu

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla