Yuxarı

NASA-nın 10 milyardlıq nəhəng teleskopu hazırdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NASA-nın 10 milyardlıq nəhəng teleskopu hazırdır

“Ceyms Vebb” orbital teleskopunun yaradılması ilə bağlı işlər demək olar ki, tamamlanıb. Amma orbitə çıxacağı 15 ay ərzində bir dəfə yerüstü sınaqdan keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə NASA rəsmisi Erik Smit deyib.

“Biz az öncə orbital rəsədxananın inşasını praktiki olaraq başa çatdırdıq. Beləliklə, bizim “Ceyms Vebb” teleskopumuz var və ümidvarıq ki, o, planlaşdırıldığı kimi işləyəcək”, - Smit bildirib.

2020-ci ildə teleskopun avadanlığı “Ariane 5” raket daşıyıcısı ilə işə salındıqda vibrasiya və səs-küyə qarşı dözümlülüyü sınaqdan keçiriləcək. Sınaqlar zamanı qeyri-adi rejimdə işləyən elektron avadanlıqların bir hissəsi dəyişdiriləcək, daha sonra bütün sistemlərin yoxlanılması aparılacaq.

Teleskop ümumilikdə 10 milyard dollara başa gəlib.

Qeyd edək ki, teleskop insanı Aya göndərən “Apollon” proqramının rəhbəri Ceyms Vebbin şərəfinə adlandırılıb. Teleskop 2021-ci ildə “Habl” kosmik rəsədxanasını əvəz edəcək. Onun Yerdən təxminən 1,6 milyon km uzaqlıqda yerləşən “Laqranj” nöqtəsinə göndəriləcəyi bildirilir.

Yeni teleskop “Böyük partlayış”dan sonra yaranan qədim ulduz və kainatları öyrənmək və eləcə də həyati əhəmiyyətli yeni planetləri tapmaq məqsədilə yaradılıb.

Tarix
2020.01.07 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla