Yuxarı

İran “Tor”ları ABŞ raketlərini tuta bilməyəcək - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran “Tor”ları ABŞ raketlərini tuta bilməyəcək - Ekspert

İraqdakı ABŞ bazalarına raket zərbələrindən sonra İran ərazisinə növbəti raket-bomba zərbələrinin endirilməsini gözləmək olar.

Bu fikri Axar.az-a açıqlamasında belarusiyalı hərbi ekspert Leonid Spatkay açıqlayıb. O qeyd edib ki, hərbi əməliyyatların ilk mərhələsində ABŞ müttəfiqləri olan BƏƏ və İsraili zərbə altına atmayacaq.

“Böyük ehtimalla, ABŞ Dieqo-Qarsiya adasındakı bazada yerləşən B-62 bombardmançıları vasitəsilə qanadlı raketlərlə havadan zərbə endirəcək. Bombardmançılar hava hücumundan müdafiə bölgəsinə, hətta S-300-lərin hədəf bölgəsinə belə daxil olmayacaqlar. İranın sahib olduğu Rusiyanın “Tor” sistemləri isə ABŞ raketlərinin yalnız 25-30 faizinin qarşısını ala biləcək”, - deyə həmsöhbətimiz ehtimal edir.

Onun fikrincə, İran Dieqo-Qarsiyanı vurmağa qadir olan 600-a yaxın “Şahab” ballistik raketlərini və sayı bilinməyən “Sacil” raketlərini işə salmayacaq:

“Belə olan halda müharibə başlayar. Bu, İranın təkcə ABŞ-a qarşı müharibəsi deyil, həmçinin Səudiyyə Ərəbistanı, Küveyt, İsrail, NATO-ya qarşı müharibəsi olar. Düşünürəm ki, İran hökuməti bunu dərk edir. Ona görə də ola bilsin ki, hər şey İraqdakı bazaya edilən hücumla başa çatsın”.

Hərbi ekspert mövcud situasiyadan Trampın da faydalandığını əlavə edib.

“Tramp istədiyinə nail olub - ordunun İraq, Suriya və Əfqanıstandan çıxarılması üçün kifayət qədər əsaslar var. Trampı qarşıda ikinci müddət üçün prezident seçkiləri gözləyir. O, Süleymaninin qətlə yetirilməsilə İranı cavab hərəkətləri etməyə təhrik etdi və seçkiqabağı kampaniya üçün böyük üstünlük qazandı. İran cavab verməli idi və verdi də. Amerikalıların özləri isə vəziyyətin gərginləşməsində maraqlı deyillər və onlar eskalasiyanı dayandırmaq üçün hər şeyi edəcəklər”, - deyə Spatkay bildirib.

Tarix
2020.01.08 / 17:39
Müəllif
Zaur, Vüsal
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla