Yuxarı

"Qəbələ" uduzdu, "Keşlə"dən gözlənilməz...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ" uduzdu, "Keşlə"dən gözlənilməz...

2020.02.07 - 22:03

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turuna “Sabah”-"Qəbələ" oyunu ilə start verilib.

Axar.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyuna fəal başlayan qonaqlar 5-ci dəqiqədə Ülvi İsgəndərovun vurduğu qolla hesabı açıblar. Görüşün 19-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Marko Deviç hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra “Sabah”ın yarımmüdafiəçisi Mario Marina komandasını hesabda önə çıxarıb. Birinci hissə bu hesabla bitib - 2:1.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev topu öz qapısına göndərib. Lakin qonaqların hücumçusu Nikolas Raysel on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaltsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Sabah” doğma meydanda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.

***

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun ikinci matçında “Keşlə” doğma meydanda “Səbail”i qəbul edib.

“ASK Arena”da təşkil olunan oyunun taleyini bir qol həll edib. Qarşılaşmada yeganə qolu 51-ci dəqiqədə “Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn on bir metrlik cərimə zərbəsindən vurub.

Tarix
2020.02.08 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla