Yuxarı

Tiflisdən İdliblə bağlı Türkiyəyə dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdən İdliblə bağlı Türkiyəyə dəstək

Gürcüstan Türkiyənin İdlibdə çox sayda şəhid verməsindən narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksandr Xvtisiaşvili Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndəsi Onur Sevinlə görüşündə söyləyib. Bildirilir ki, görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət müzakirə olunub.

O.Sevin Türkiyə Silahlı Qüvvələrinə qarşı hava hücumu barədə məlumat verib.

A.Xvtisiaşvili Gürcüstanın Türkiyəni dəstəklədiyini və eyni zamanda, bu hücumu qınadığını bildirib. Nazir müavini şəhid olan əsgərlərlə əlaqədar Türkiyə tərəfinə başsağlığı verib. Bildirib ki, Gürcüstan Suriyadakı hadisələri diqqətlə izləyir. Türkiyə Gürcüstanın strateji tərəfdaşıdır və ölkəsi Türkiyə hərbçilərinin öldürülməsindən narahatdır.

Tərəflər Suriyada vəziyyətin deeskalasiyasında beynəlxalq ictimaiyyətin daha fəal iştirak edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Tarix
2020.02.28 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla