Yuxarı

Çindən uyğurlarla bağlı hesabata kəskin - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən uyğurlarla bağlı hesabata kəskin - Reaksiya

Rəsmi Pekin ABŞ-ın Çində insan hüquqları ilə bağlı hesabatını rədd edib.

Axar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ABŞ-ın 2019-cu il üzrə Çində insan hüquqları ilə bağlı hesabatının və Dövlət katibi Mayk Pompeonun Çin dövlətinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı siyasəti haqqında dediklərinin siyasi yalan və ideoloji mühakimələrlə dolu olduğunu bildirib.

ABŞ-ı Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağıran Çin XİN rəsmisi, hesabatdakı qeydlərin həqiqətə söykənmədiyini, köhnə ritorikanın təkrar edildiyini deyib.

O, Çin hökumətinin ölkədə insan hüquqlarının qorunmasına və təşviqinə böyük diqqət göstərdiyini, Çin Xalq Respublikası qurulandan bəri bu sahədə ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Qen Şuan Sincan məsələsinin Çinin daxili işi olduğunu, bura heç bir xarici qüvvənin müdaxiləsinin yolverilməz olduğunu qeyd edib.

Tarix
2020.03.13 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla