Yuxarı

ABŞ səfirliyi və bazanı boşaltdı: İranla savaş başlayır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ səfirliyi və bazanı boşaltdı: İranla savaş başlayır?

ABŞ-ın Kərkükdəki K1 hərbi bazasını boşaltması narahatlıq doğurub.

Bu sözləri Axar.az-a açıqlamasında iraqlı jurnalist, yazar Məhməd Salehi deyib. O, amerikan əsgərlərinin K1 bazasından geri çəkilməsinin xüsusi anlam kəsb etdiyini bildirib.

“ABŞ əsgərləri 2003-cü ilin 10 aprelindən İraqda yerləşdiriliblər. 2011-ci ilin 15 dekabrında isə İraq daxilindəki savaş bitdi. Beləliklə, ABŞ İraqdan çəkildiyini elan etdi. Amma bu çəkiliş dedikləri kimi tam olmadı, ölkənin müxtəlif bölgəsində hərbi bazaları qaldı. Bunlardan biri də K1 hərbi bazası idi. İndi K1 hərbi bazasını da boşaltdılar. Amma ABŞ-ın İraqda hələ də 2 böyük bazası var: Anbar bölgəsindəki Eyn əl-Əsəd və İraqın cənubunda Hərir bazası. Hətta Tramp bir müddət əvvəl gizli olaraq, İraq hökumətinin xəbəri olmadan Eyn əl-Əsəd bazasını ziyarət etmişdi. Bu iki baza İraqda qalacaq”.

M.Salehi qeyd edib ki, Kərkükdə insanların narahatlığına səbəb ABŞ-ın çəkilmə səbəbini bildirməməsidir:

“İraqda İranın maliyyələşdirdiyi şiə məzhəbli milislər var. Amerika onların İraqda yox edilməsini istəyir. Əhali düşünür ki, bəlkə də ABŞ ilə İran hərbçiləri arasında İraqda savaş başlayacaq. Eyni zamanda keçən həftə Amerika Bağdaddakı səfirliyini də boşaltdı. Hazırda ABŞ-ın Bağdadda səfirliyi yoxdur. Bununla yanaşı ABŞ İraqın şimalındakı Baş konsulluğunu da boşaltdı. Bəs, bu gəlişmələr nədən xəbər verir? Bunlar öz-özünə baş verən hadisələr deyil. Çünki İraqın təhlükəsizliyi hələ tam təmin edilməyib. İŞİD problemi tamamilə həll olunmayıb. Buradakı şiə milisləri ilə də ABŞ qarşıdurma başlatsa, İran buna səssiz qalmayacaq. Bu səbəbdən səfirliyin, Baş konsulluğun bağlanılması, Kərkükdəki hərbi bazanın boşaldılması və əsgərlərin geri çəkilməsi narahatlıqla izlənir”.

Tarix
2020.04.02 / 08:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla