Yuxarı

Tələbə qıza təcavüz edəni xalq belə öldürdü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə qıza təcavüz edəni xalq belə öldürdü - Foto

Tələbə qıza təcavüzdə şübhəli bilinən şəxsi ələ keçirmək üçün həbsxanaya hücum edən kütlə niyyətinə çatıb.

Bu adamı idarədən çıxaran kütlə onu lüt soyundurub, 7 kilometr sürüyüb və ölənədək döyüb, daşqalaq edib.

Milli.az bildirir ki, olay Hindistanın Naqaland bölgəsindəki Dimapur şəhərində yaşanıb. İşlənmiş avtomobil satışı ilə məşğul olan 35 yaşlı bu şəxs ötən ay yerli kollecin tələbələrindən biri olan qıza təcavüzdə suçlanırdı. Öldürülən şəxs banqladeşli miqrant 35 yaşlı Sayed Fərid Xandır. O, 20 yaşlı tələbə qızı fevralın 23 və 24-də təcavüz etməkdə suçlanır.

Fərid Xan fevralın 25-də həbs olunmuşdu. Yerli polis idarəsinin rəisi Meren Camirin dediyinə görə, həbsxanaya 4 mindən artıq yerli sakin hücum edib. "Sayed Fərid Xan amansızlıqla döyülüb və daşqalaq olunub. O, aldığı yaralardan həlak olub. Karimanc Assam bölgəsindən olan bu adam əvvəllər də təcavüzdə şübhəli bilinmişdi", - Meren Camir söyləyib.

Həbsxanaya hücum edən kütləni dağıtmaq üçün polis havaya atəş açıb, gözyaşardıcı qazdan istifadə edib. Onlarla dimapurlunun yaralandığı bildirilir.

Tarix
2015.03.07 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla