Yuxarı

BƏƏ-dən Əsədə şok təklif: Rusiya-Türkiyə razılaşması...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ-dən Əsədə şok təklif: Rusiya-Türkiyə razılaşması...

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed Əl-Nəhyanın martın 5-də Rusiya və Türkiyə arasında əldə edilən atəşkəs razılaşmasını pozmaq üçün Suriya Prezidenti Bəşər Əsədə 3 milyard dollar pul təklif etdiyi iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Bildirilir ki, Məhəmməd bin Zayed Əl-Nəhyan Türkiyə-Rusiya arasında əldə edilən anlaşmadan əvvəl milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Əli əl-Şəmsini Əsədlə görüşmək üçün Dəməşqə göndərib.

İddia edilir ki, Əsəd atəşkəs razılaşmasının pozulması üçün 5 milyard dollar tələb edib. Ancaq tərəflər 3 milyard dollara razılaşıb. Atəşkəs imzalanmadan öncə Əsədə 250 milyon dollar ödəniş edildiyi vurğulanıb.

Rusiya plandan xəbərdar olduqdan sonra isə Prezident Vladimir Putin Müdafiə naziri Sergey Şoyqunu Dəməşqə göndərib.

Şoyqu Dəməşq ziyarətində Əsədə “Yeni hücum başlatmağını istəmirik. Rusiya atəşkəsin davam etməsini istəyir”, - deyib.

İddia edilir ki, Şoyqunun ziyarətindən sonra Məhəmməd bin Zayed Əl-Nəhyanın Əsədə daha 1 milyard dollar ödəniş edib.

Tarix
2020.04.09 / 12:01
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla