"Senatorlar dünyanın ABŞ-dan ibarət olmadığını
və beynəlxalq əlaqələrin ABŞ-ın daxili qanunvericiliyinə görə yox,
beynəlxalq hüquq normalarına görə nizamlandığını
öyrənməlidirlər".
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər
naziri Məhəmməd Cavad Zərif çıxış edib. O, ABŞ senatorlarının nüvə
müzakirələrilə bağlı İran rəhbərliyinə yazdığı məktubun heç bir
hüquqi dəyərinin olmadığını bildirib:
"Bizə görə bu məktubun heç bir qanuni dəyəri yoxdur. Bu
senatorlar dünyanın ABŞ-dan ibarət olmadığını və beynəlxalq
əlaqələrin ABŞ-ın daxili qanunvericiliyinə görə yox, beynəlxalq
hüquq normalarına görə nizamlandığını öyrənməlidirlər. Həmçinin
beynəlxalq hüquqa görə, Konqres gələcəkdə nüvə razılaşmasının
məzmununu dəyişdirə bilməyəcək. Senatorlar bu razılaşmanın
pozulmasının beynəlxalq hüquq normalarının pozulması kimi
qiymətləndiriləcəyini anlamalıdırlar".
Qeyd edək ki, ABŞ Konqresindən 47 respublikaçı senator nüvə
müzakirələrilə bağlı İran rəhbərliyinə məktub ünvanlayıb.