Yuxarı

15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.

Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ə.Şükürlü evin sonbeşiyi və beş bacının tək qardaşı olub. O, bu gün torpağa tapşırılıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2025.02.05 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert

AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır

Daha 3 şəhidimiz dəfn olunacaq - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla