Yuxarı

Belçika saytı Azərbaycan silah sənayesindən yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belçika saytı Azərbaycan silah sənayesindən yazdı

Belçikanın ingilisdilli “Army Recognition” saytında Azərbaycanın hərbi sənaye kompleksi barədə məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın 700 adda döyüş mərmiləri, müasir atıcı silahlar, pilotsuz uçuş aparatları və zirehli texnika istehsal etdiyi, onu 10-dan çox ölkəyə ixrac etdiyi barədə məlumat yer alıb.

Bununla bərabər Azərbaycanın 138 ölkənin yer aldığı “Global Firepover” reytinq cədvəlində 64-cü yerdə qərarlaşdığı bildirilib. 2019-cu il ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin zavodlarında 112 adda məhsul istehsal olunduğu, eləcə də 9 məhsulun sınaqlarının başa çatdığı üçün istehsalının başlanmasına məsləhət görüldüyü vurğulanıb.

Sayt hazırda nazirliyin 23 istehsal müəssisəsinin olduğunu, zireh əleyhinə olan “İstiqlal” və “Mübariz”, 7,62 mm-lik “Yırtıcı”, “Yaqluzaq”, “Şimşək” snayper tüfəngləri, eləcə də UP 7,62, HP 7,6 pulemyot tapançalarının, “Gürzə” zirehli patrul avtomobili, TR-107 və TRB-107 yer-yer raketləri, “Zərbə” pilotsuz kamikadzelərin istehsal edildiyini yazıb.

Azərbaycanın silah ixracına 2013-cü ildən başladığı bildirilib. Bu ölkələr sırasında isə NATO üzvləri, ABŞ, Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, BƏƏ, Pakistan və digərləri yer alıb. 2016-cı ildə ölkə ümumilikdə 120 milyon dollarlıq silah satıb.

Məqalədə Azərbaycandan ABŞ-ın silah aldığı bildirilib. Belə ki, Azərbaycan silahlarının alınması barədə razılaşma 2013-cü ildə İordaniyadakı silah sərgisi zamanı əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan ABŞ-a minaatanlar, qumbaraatanlar və bir sıra optik qurğular ixrac edir.

Tarix
2020.04.15 / 15:37
Müəllif
İlkin, Zaur
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla