Yuxarı

Avropa Ər-Riyadı seçdi: Rusiya sıxışdırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Ər-Riyadı seçdi: Rusiya sıxışdırılır

Rusiya və Səudiyyə Ərəbistanı arasındakı neft qiyməti savaşında Avropa ölkələri Ərəbistan Krallığının tərəfini saxlayıblar. Xüsusilə, Polşa aprel ayında tam olaraq Rusiya neftinin dəniz vasitəsilə tədarükündən imtina edib, bunun yerinə rekord həcmdə - 560 min ton Səudiyyə Ərəbistanının “Arab Layt” neftini alıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.

Bildirilir ki, Rusiyadan Polşaya neft yalnız boru kəmərləri vasitəsilə tədarük edilir. Belə ki, bununla bağlı uzunmüddətli razılaşmalar var.

Aprel ayında Səudiyyə Ərəbistanı neftinin rus neftinin ənənəvi alıcıları olan İtaliya, Türkiyə, Yunanıstan və Fransaya tədarükü də artıb. Nəticədə aprel ayında Səudiyyə Ərəbistanının Avropaya satdığı neft 29 milyon barrel təşkil edib ki, bu da 2016-cı ildə qeydə alınan rekord göstəricidən bir qədər az olub.

Tarix
2020.04.22 / 13:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla