Yuxarı

Ukraynada “erməni soyqırımı” ilə bağlı qadağa... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada “erməni soyqırımı” ilə bağlı qadağa... - Foto

Ukrayna Ali Radasının deputatı Darya Volodina öz Feysbuk səhifəsi vasitəsilə bu ölkənin Xarici İşlər nazirinin müavini Vasili Bodnarın Osmanlı İmperiyasındakı "erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə göndərdiyi məktubunun fotosunu paylaşıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bodnar sözügedən məktubda Ukraynanın "erməni soyqırımı”nı (dırnaqlar saxlanılıb) tanımadığını bildirir və "Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri” ifadəsindən istifadə edir.

Ukraynalı dövlət rəsmisinin sözlərinə görə, Osmanlı İmperiyasının erməni əhalisi ilə baş verən hadisələr 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş soyqırımı termininin tərifinə (hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə edilən hərəkətlər) daxil deyil.

Bodnar həmçinin əlavə edib ki, Ermənistan daim Rusiyanın xarici siyasətini dəstəkləyir və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verir.

Dövlət rəsmisi soyqırımı məsələsinin Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün həssas mövzu olduğunu qeyd edib və bununla tarixçilərin məşğul olmalı olduğunu vurğulayıb.

Yekunda Bodnar məktub ünvanladığı Ukrayna rəsmilərindən "Erməni Soyqırımı”nın 105 illiyinin anım tədbirlərində iştirak etməmələrini və "erməni soyqırımı” terminini istifadə etməmələrini xahiş edib.

Sözügedən məktubu şərh edən Darya Volodina isə Xarici İşlər Nazirliyindəki "bəzi işçilərin savadsız” olduğunu söyləyərək soyqırımı iddiasının ABŞ, Fransa, Kanada, Almaniya, İtaliya, Hollandiya kimi ölkələr tərəfindən tanınmasını xatırladıb.

Qeyd edək ki, daha əvvəl də Daria Volodinanın "erməni soyqırımı”nın anımı ilə bağlı təklifi Ukrayna Ali Radası tərəfindən rədd edilmişdi.

Tarix
2020.04.22 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla