Yuxarı

Bu il bütün dövrlərin ən isti ili olacaq - Vilfand

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il bütün dövrlərin ən isti ili olacaq - Vilfand

Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand əmindir ki, bu il meteomüşahidələrin bütün tarixi ərzində ən isti 5 ildən biri olacaq.

Axar.az xəbər verir ki, daha əvvəl Okean və Atmosferin Tədqiqi üzrə ABŞ Milli İdarəsinin (NOAA) mütəxəssisləri 2020-ci ilin 75 faiz ehtimalla meteomüşahidələrin bütün tarixi ərzində ən isti il olacağını bildiriblər.

"İl istiliyinə görə bəlkə də rekord vurmayacaq, lakin temperaturlar dərəcəsində ikinci və ya üçüncü olacaq... Temperaturun yüksək olacağı şəksizdir. Bu il 99 faiz ehtimalla beş ən isti ildən biri olacaq" - Roman Vilfand deyib.

Sinoptik dəqiqləşdirib ki, söhbət Yer səthindən iki yüz metr məsafədə havanın yerə yaxın qatında ölçülən temperaturdan gedir. O, həmçinin xatırladıb ki, iqlimşünaslar hər növbəti beş ildən rekordlar gözləməyə meyillidirlər.

"Beş il ərzində orta temperatur getdikcə daha yüksək olacaq. Artıq dalbadal beş beşillikdir ki, temperatur yüksəlir", - deyə Roman Vilfand bildirib.

Onun sözlərinə görə, bu, qlobal istiləşmənin xarakteristikasıdır və hadisələrin belə gedişi atmosferdə parnik qazlarının miqdarının sabit şəkildə artması ilə bağlıdır.

Rusiya ərazisində meteomüşahidələr 1891-ci ildən, Moskvada 1879-cu ildən aparılır. 2019-cu il meteomüşahidələrin bütün tarixi ərzində ölkədə ən isti il olub.

Tarix
2020.04.28 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla