Yuxarı

Qəzzafi sağdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzafi sağdır

İran mediası Liviyanın keçmiş ölkə başçısı Müəmmər Qəzzafinin ölmədiyini yazıb. Misir mediasının iddiasına görə, iki il əvvəl Qəzzafinin linç edildiyi görüntüləri də saxta imiş. Xəbərə görə, Qəzzafinin Liviyaya qonşu ölkələrdən birində gizlin yaşadığı qeyd edilib. İddia ilk dəfə Misirin "Əl-Məsri əl-Yəvm" qəzetində yayılıb.

Qəzetin müstəqil jurnalisti Əsəd Əmbiyanın Əbu-Qaylanın iddiasına əsaslanaraq yazdığı xəbərə görə, Liviyanı 42 il ərzində idarə edən Müəmmər Qəzzafi hələ də yaşayır. Əbu-Qayla iki il milyonlarla adam tərəfindən izlənilən linç edilmə videolarının da saxta olduğunu, Qəzzafinin 2011-ci ildə NATO bombardmanı zamanı bir ayağını itirdiyini və Liviyaya qonşu olan Afrika ölkələrindən birində sağlamlığını bərpa edərək, gizli yaşamağa davam etdiyini iddia edib. İranın fransızca yayımlanan mediası da bu xəbəri dünyaya çatdırıb.

Qəzzafinin cəsədi tələb olunur

"Axar.az"ın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, Müəmmər Qəzzafinin həyat yoldaşı Safiyə Qəzzafi "Rusiyanın səsi" radiosuna müsahibə verərək, ərinin və oğlunun cəsədlərinin tapılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası və Avropa Birliyindən oğlunun və ərinin cəsədlərinin basdırıldığı yerləri açıqlamasını da istəyib.

Darmadığın edilən Qəzzafi ailəsi

Qəzzafinin beşinci oğlu və Liviyanın Beynəlxalq Təhlükəsizlik katibi Mötəsim Qəzzafi iki il bundan öncə atasıyla birlikdə Sirtdə ələ keçirilib, linç edilmişdi. Cəsədinin harada olduğu bəlli deyil.

Müəmmər Qəzzafinin üçüncü oğlu Saadi Qəzzafi Nigeriyada yaşayır. Keçmiş futbolçu olan Saadini təhvil vermədiyinə görə, Liviya və Nigeriya arasında diplomatik böhran yaranıb. Qəzzafinin arvadı Səfiyə (61) və oğlu Hannibal (38) Əlcəzairdə yaşayır. Yerləri məlum deyil.

Tarix
2013.10.22 / 10:54
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla