Yuxarı

Rus ordusu döyüşə hazır vəziyyətə gətirldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusu döyüşə hazır vəziyyətə gətirldi

Bu gün səhər saatlarında Qara dənizdə Rusiyaya məxsus hərbi birliklər döyüşə hazır vəziyyətə gətirilib.

Axar.az xəbər verir ki, Krasnodar və Temrukda hərbi vasitələr cəmləşdirilib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada təlimlərin əsgərlərin təchizat, silahlardan istifadə və hərəkət qabiliyyətlərinin artırılması məqsədilə həyata keçirildiyi bildirilib.

Bildirək ki, Rusiya ilə ABŞ-ın liderlik etdiyi NATO ölkələri arasında hərbi təlim yarışı davam edir.

Türkiyənin də iştirak etdiyi NATO döyüş gəmilərinin Qara dənizdə təlimləri davam etdiyi bir vaxtda Vaşinqton da Ukrayna ilə birgə təlimlərə başlamağa hazırlaşır. Baltik ölkələrində də ordu ayağa qaldırılıb. Yaxın vaxtlarda Şərqi Avropada genişmiqyaslı təlimlər başlanacaq.

Rusiya da silaha əl atmaqda müttəfiqlərdən geri qalmır. Kreml rəhbəri Vladimir Putinin göstərişi ilə Şimal donanması 38 min əsgər ilə ayağa qaldırılıb. Təlimlərdə 41 döyüş gəmisi, 15 sualtı, 110 döyüş təyyarəsi və vertolyot, 3360 ağır artilleriya döyüş vəziyyətinə gətirilib.

Bundan əlavə, Sevastopol, Abxaziya, Cənubi Osetiya və Ermənistanda yerləşən Rusiya bazalarında da təlimlər davam edir.

Tarix
2015.03.18 / 16:41
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla