Yuxarı

Paşinyan ucuz qaz istədi – Putindən şok cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan ucuz qaz istədi – Putindən şok cavab

Ermənistan üçün tez bir zamanda ümumi qaz bazarının formalaşmasının vacibliyi bu gün xüsusilə kəskin formada hiss olunur.

Axar.az xəbər verir ki, bunu Avrasiya İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, diskriminasiya prinsiplərindən uzaq vahid enerji resursları bazarının mövcudluğu Avrasiya İttifaqı ölkələrinin inteqrasiyasının əsaslarından birini təşkil etməlidir.

O, vahid enerji bazarı olmadan inteqrasiya proseslərində keyfiyyətli inkişafın olmayacağını bildirib.

Vahid bazarın formalaşması ilə bağlı təklifi Belarus Prezidenti Aleksandr Lukaşenko da dəstəkləyib.

Rusiya Prezidenti Vladimir Putin isə cavabında Avrasiya İttifaqında qaz tranziti üçün vahid tarifin inteqrasiyanın indiki səviyyəsində tətbiq edilə bilməyəcəyini deyib:

“Erməni və belaruslu dostlarımızın qaz tranziti və daşınmasıyla bağlı təklif etdiyi vahid tarifə gəlincə, hesab edirik ki, vahid tarif yalnız vahid büdcəsi və vahid vergi ödəniş sistemi olan bazarda reallaşa bilər. Avrasiya İttifaqı hələlik dərin səviyyəli inteqrasiyaya çatmayıb”.

O, Ermənistan və Belarusun qaz qiymətlərinin formalaşdırılmasına dair Avrasiya İttifaqı ölkələrinin “ümumi formulu”nu qəbul etmədyini bildirib.

Putin qaz tariflərinin müəyyənləşdirilməsiylə bağlı bəndin Avrasiya İttifaqı İnkişaf Strategiyasından çıxarmağı təklif edib.

Tarix
2020.05.19 / 14:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla