Ürəyiniz üçün portağal yeyin
01:57
| Ana səhifə Planet |
|
Ukrayna Prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın iki batalyonunun Dnepropetrovsk vilayətinə göndərilməsi barədə əmr verib.
Axar.az xəbər verir ki, əmrdə batalyonların ictimai asayişin qorunması üçün göndərildiyi bildirilib.
Qeyd edək ki, son günlərdə regionun qubernatoru, milyarder İqor Kolomoyski ilə prezident Poroşenko arasında vəziyyət gərginləşib. Martın 19-da ukraynalı yəhudi milyarder "Ukrtransneft"in binasını tutaraq, Aleksandr Lazorkonun yenidən "Ukrtransneft"in rəhbəri postuna gətirilməsini istəyib. Bu gün isə açıqlama verən Kolomoyski qondarma Donetsk və Luqansk Xalq Respublikalarını tanıdığını bildirib.
|
Tarix
2015.03.23 / 19:13
|
Müəllif
İlham Sahiloğlu
|