Dostları və düşmənləri onu
"Yupiter" adlandırırdılar. Amerikanın maliyyə imperiyasının
yaradıcısı hesab edilir. Eyni zamanda 6 böyük sənaye nəhənginin –
"Amerika Telefon və Teleqraf", "General Electric", "International
Harvester", "United States Steel Corporation.", "Westinghouse
Electric Corporation" and "Western Union"-un təsisçisidir. O həm də
dünyanı yönəldən 12 ailədən birinin nümayəndəsidir. Söhbət Con
Pierpont Morqandan gedir.
Publika.az hazırkı dollar ekvivalenti ilə 300 milyard dollara
yaxın sərvəti olan, "Amerika valyutasının Allahı" hesab edilən
C.P.Morqanın həyatını təqdim edir.
9 məktəb
Con Pierpont Morqan 1837-ci ildə Hartfordda anadan olub. Conun
atası Cunius Spenser Morqan Londonda "J.S. Morgan & Co"nun
yaradıcısı idi. Anası Cülyet Pierpont rahib ailəsində
doğulmuşdu.
Cülyet və Cunius hələ kiçik yaşlarından oğullarının iş adamı
olmasına böyük əmək sərf edirlər. Konkret olaraq, atası Conu özü
ilə birjaya aparır, kommersiyanın sirlərini öyrədir, yüngül
əyləncələrdən çəkindirirdi. Nəticədə, gənc Morqan doqquz təhsil
müəssisəsi dəyişir.
Cunius 1854-cü ildə Londonun məşhur bankirlərindən birinin
ortağı olur və ailə Avropaya köçür. Bəzi tarixçilərə inansaq,
Cuniusun Avropa bazarına girməsində Rotşildlərin rolu olur. Hətta
ata Morganın sözügedən məşhur bankir ailəsinə tabe olduğu deyilir.
Hansı ki, gələcək illərdə oğlu da bunun bəhrəsini görür. Morqan
ailəsi 1900-cü ilin əvvəlində Rotşildlərdən sonra dünyanın ən böyük
bankçılıq nəhənglərindən biri olur.
Bankir oğlu sərvəti necə artırır?
Con Morqan əvvəlcə İsveçdə təhsil alır, sonradan təhsilini
Almaniyada davam etdirir. Gələcəyin milyarderi bütün qüvvəsi ilə
valideynləri onu necə görmək istəyirlərsə, o cür olmağa çalışır.
Hətta məktəbdə yazdığı inşasında belə deyirdi: "İnsan əgər şəxsi
keyfiyyətlərə sahibdirsə, hətta ən kasıb vəziyyətdən belə sərvətə,
cəmiyyətdə layiqli yerə sahib ola bilər".
Beləliklə, məktəbi yüksək göstərici ilə bitirən Morqan
Hettinqenk Universitetində təhsil alır. 1857-ci ildə Amerikaya
qayıdır. Nyu-Yorkun məşhur banklarından olan "Duncan, Sherman &
Co"da işə start verir. Yeri gəlmişkən, bu bankın onun atasının
bankı ilə işgüzar əlaqələri var idi. Yəni Con bu işi öz bacarığı,
istəyi ilə tapmamışdı.
XIX əsrin ortalarında Amerika iqtisadi yüksəliş dövrünü yaşamağa
başlayır. Amma siyasi vəziyyət başqa şeyləri diktə edirdi. 1861-ci
ildə ölkəni vətəndaş müharibəsi bürüyür. Vəziyyət elə gətirir ki,
hökumətin ordusuna silah lazım olur. Gənc Morqan cəld tərpənərək
vəziyyətdən faydalanır. Ortaqları ilə Amerikanın Nyu-Yorkdakı
arsenalından ədədi 3,5 dollardan beş min köhnəlmiş tüfəng alır.
Yüngülcə əl gəzdirdikdən sonra silahları 22 dollardan Cent-Luisdəki
ştaba satırlar. Con Morqan bu gəlirli alqı-satqı əməliyyatlarında
qısa müddət iştirak etsə də, böyük pay götürür.
Maliyyəçini sevməyənlər gələcəkdə bu qaranlıq olayı daim
xatırladaraq bildirirdilər ki, Morqan karyerasına dələduzluqdan
başlayıb. Rusiya mətbuatı isə yazırdı ki, Morqan milyardlara
vətəndaş müharibəsi dövründə Şimali Amerikanın inqilabçı hökumətinə
yararsız silahları satmaqla sahiblənib.
Qızıl-külçə əməliyyatı
Con silah satışından əldə etdikləri ilə qızıl külçələri almağa
başlayır. Ortağı ilə birlikdə lazım olan həcmi - 2 milyon dollarlıq
qızılı topladıqdan sonra Böyük Britaniyanın valyuta bazarında onun
1,15 milyon dollar dəyərindəki hissəsini satırlar. Nyu-Yorkda
ajiotaj yaranır. Hər kəs qızıl almağa başlayır. Qızılın unsiyasının
qiyməti bahalaşır. Qiymət yüksək həddə çatanda ortaqlar əllərində
qalan 850 min dollarlıq qızılı bazara çıxarırlar. Bu əməliyyatdan
132,4 min xalis gəlir əldə edirlər. Bir çox iş adamları, eləcə də
atası birjadakı proseslərdən hiddətə gəlir. Ata və oğul Morqanlar
arasında narazılıq belə yaşandığı yazılır.
Nəticədə, Cunius Morqan çarəni oğluna məsləhətçi tapmaqda görür.
Amma Con Morqan tezliklə həmin məsləhətçini işdən çıxarır. Özünə
köhnə tanışı Toni Drekselanı ortaq gətirir və atasının kiçik
bankının əsasında imperiya yaradır.
Pierpont
Morqan təkcə istedadlı alverçi yox, həm də korporativ
münaqişələri həll edən mütəxəssis kimi ad çıxarır. Belə ki,
vətəndaş müharibəsindən sonra dəmir yolu tikintisi bumu başlayır.
Biznesin yeni sahəsi Conun diqqətini çəkir və o, situasiyadan
yararlanmağı qərara alır. Necə? O zaman tikinti sektoru banklardan
asılı idi. Dəmiryol şirkətləri bir çox hallarda gəlir və xərclərini
düzgün proqnozlaşdıra bilmədiklərindən bankların öhədliyinə
keçirdilər. Beləliklə, Con Morqan dəmiryol şirkətini ələ
keçirənlərdən olur. Sonrada xətti 99 illiyinə iş adamlarından
birinə icarəyə verir. O həmçinin iqtisadiyyatın bir çox sahələrinə
investisiya yatırır. Morqan özündən sonra varislərinə "Ceneral
Electrics", "U.S Steel Corporation", "International Harvester
Company" və kredit dərəcələndirmə təşkilatı olan "Morgan &
Stanley" adlı nəhəng maliyyə şirkətini miras buraxır.
Doqquz ay iş, üç ay Avropa turnesi
Con Morqan ilin doqquz ayını işləyirdi. Yayda üç ay müddətinə
Avropaya gedirdi. Qayıtdıqdan sonra işə atılırdı. İqtisadiyyatın
elə sahəsi yox idi ki, ora əl uzatmasın. Tarixçilər milyarderin özü
ilə çoxlu qeyd kitabçaları gəzdirdiyini qeyd edirlər. Biznesi daha
da böyüdükdə isə kitabçaları eyni sayda köməkçilərlə əvəzləyir:
"Morqan bizneslə elə məşğul olurdu ki, sanki müharibə aparırdı. O,
kəşfiyyat aparır, rəqibinin zəif tərəflərini öyrənərək hücuma
keçirdi. Bununla belə, o, kasıblara da kömək edir, qadınlara qarşı
əliaçıq olmağa çalışırdı".
Şirkətləri
1890-1913-cü illərdə C.P.Morqan 42 korporasiyanı idarə edirdi.
Bura aşağıdakılar aiddir:
John Pierpont Morgan
American Bridge Company
American Telephone & Telegraph
Associated Merchants
Atlas Portland Cement Company
Boomer Coal & Coke
Federal Steel Company
General Electric
Hartford Carpet Corporation
Inspiration Consolidated Copper Company
International Harvester
International Mercantile Marine
J. I. Case Threshing Machine
National Tube
United Dry Goods
United States Steel Corporation
Railroads
Atchison, Topeka and Santa Fe Railway
Atlantic Coast Line
Central of Georgia Railroad
Chesapeake & Ohio Railroad
Chicago & Western Indiana Railroad
Chicago, Burlington & Quincy
Chicago Great Western Railway
Chicago, Indianapolis & Louisville Railroad
Elgin, Joliet & Eastern Railway
Erie Railroad
Florida East Coast Railway
Hocking Valley Railway
Lehigh Valley Railroad
Louisville and Nashville Railroad
New York Central System
New York, New Haven & Hartford Railroad
New York, Ontario and Western Railway
Northern Pacific Railway
Pennsylvania Railroad
Pere Marquette Railroad
Reading Railroad
St. Louis & San Francisco Railroad
Southern Railway
Terminal Railroad Association of St. Louis
Morqan və qadınlar
Morqan incəsənəti və qadınları çox sevirmiş. Gəncliyində o, bu
haqda deyirdi: "Elə qadınla evlənmək lazımdır ki, sənə uşaq doğsun
və tərbiyə etsin". Lakin qocaldıqda iş adamı anlayır ki,
damarlarından qan əvəzinə şampan axan qadınları bəyənir. Məhz bu
səbəbdən də Nyu-Yorkun ən dəbli, gözəl qadınları onun sevgilisi
olurlar. Düşmənləri Cona hər dəfə bir-birindən gözəl qadınlarla
görüşdüyü üçün nifrət edirdilər. Özü isə əmin idi ki, qadınların
diqqətini o deyil, milyonlarına maraq gücü çəkir.
Milyarderin ailə həyatına gəlincə, o, 1861-ci ildə artıq 3 ilə
yaxın arxasınca gəzdiyi Nyu-York kommersantlarından birinin qızı
Ameliya Sterdjesslə evlənir. Amma toydan bir qədər sonra Ameliya
xəstələnir. Cütlük Fransada bal ayında olan zaman Morqan həyat
yoldaşının kəskin vərəm olduğunu öyrənir: " Elə bil başıma daş
düşdü. Təbii ki, Ameliyaya heç nə demədim". Ameliyanın sağalması
üçün onu ölkədən ölkəyə gəzdirsə də, nikahdan 5 ay sonra qadın
vəfat edir. Morqan Ameliyanı nə qədər sevsə də, bu, onu ikinci dəfə
evlənməkdən çəkindirmir. O, 1865-ci ildə Frances Louisa ilə
evlənir. Bu evlilikdən onun 5 övladı olur. C.P.Morqan haqqında
maraqlı faktlardan birinin də çoxlu sayda sevgililərinin olmasıdır.
Amma milyarder onların heç birinə etibar etmirdi.
"Titanik" gəmisini batırır?
Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan "White Star
Line" şirkətinə aid olan və 1912-ci ildə batan "Titanik" gəmisinin
hazırlanmasında bir çox xərcləri ödəyir. Bununla da gəminin
sahibinə çevrilir. Gəmi hazır olan kimi səyahətə çıxan ilk
sərnişinlərdən olacağını vəd etsə də, son dəqiqədə səfərdən imtina
edir. Sonradan onun bunu əvvəlcədən planlaşdırdığı, gəminin
batmasında rolunun olduğu iddiası irəli sürülür. Belə ki,
"Titanik"də o zaman Amerika və dünyanın ən varlı şəxsləri – Con
Cekob Astor IV , Bendjamin Quqqenxaym, İsidor Ştraus bataraq həlak
olurlar. Bu şəxslərin hamısı Federal Ehtiyat Sistemində Morqanın
rəqibləri sayılırdılar. Təkcə Astor IV və Quqqenxaymın sərvətinin
həcmi 500 milyon dollar təşkil edirdi. Bu hazırkı ekvivalentlə 11
milyard dollar deməkdir. Gəmi yola çıxan gün Morqan işinin
çıxdığını desə də, sonradan onun sevgilisi ilə Fransanın cənubuna
istirahətə getdiyi məlum olur. Bir başqa versiya Morqanın dövrün
məşhur astroloqu Yevandjelin Adams tərəfindən xəbərdar edilməsidir.
Milyarder astroloqlarla, öncəgörənlərlə yaxından dostluq edirdi. O
hətta bu haqda belə deyirdi: "Milyarderlər astrologiyadan
yararlanmırlar. Onlar milyarderlərdən istifadə edirlər". Bundan
əlavə, C.P.Morqanı dostu mühəndis-elektrotexnik NikolaTeslinin də
xəbərdar etdiyi deyilir. Maraqlıdır ki, gəmi ilə səyahətdən son
anda Morqanın dostu Corc Vanderbilt də imtina edir. Onu da bildirək
ki, "Titanik"in batmasından sonra Amerikanın 12 özəl bankı
tərəfindən Federal Ehtiyat Sistemi yaradılır. Bununla da, bütün pul
əməliyyatları, hətta ölkənin idarəçiliyi bankirlərin əlinə keçir.
Morqanlar siyasi dəyişikliklərdə mühüm rol oynayıblar. C.P.Morqanın
vəfatından sonra işlərin başına keçən oğlu C.P.Morqan-kiçiyin adı
Amerika prezidenti Con Kennedinin öldürülməsində də
hallandırılır.
Ölümü
C.P.Morqan1913-cü ildə vəfat edir. Özündən sonra qurduğu
imperiyanın – "J.P. Morgan & Co."nun başına oğlu
C.P.Morqan-kiçik gəlir. 2000-ci ildə bank "Chase Manhattan
Corporation"la birləşdirilərək "JP Morgan Chase & Co"
adlandırılır. "JP Morgan Chase & Co" bu gün ABŞ-ın ikinci ən
böyük bankıdır. Bankın aktivləri 2,3 trilyon dollar təşkil edir.
Bank 2008-2013-cü illərdə təkcə məhkəmə çəkişmələrinə 18 milyard
dollar xərcləyib. 2013-cü ildə bankın dövriyyəsi 96 milyard dollar
olub.