Yuxarı

Stalin gizli şəkildə 4 gün cəbhədə olub - Sirr

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalin gizli şəkildə 4 gün cəbhədə olub - Sirr

Rusiyada Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibərilə bu yaxınlarda sadə vətəndaşlar arasında keçirilmiş sorğular əhalinin böyük qisminin SSRİ diktatoru İosif Stalinə rəğbət bəslədiyini göstərib.

Publika.az Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu günlərdə isə məlum olub ki, bu ölkədə yalnız sadə vətəndaşlar deyil, rəsmilər də Kobaya müsbət münasibət sərgiləyir, hətta onun fəaliyyətinin qaranlıq tərəflərini də araşdırırlar.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti İosif Stalinin 1943-cü il avqustun 1-də, saat 22:30-da öz kabinetini tərk edərək yoxa çıxmasının və Kremldəki iş otağına bir də avqustun 5-də, saat 21:55-də qayıtmasının səbəblərini araşdırıb.

Xidmətin elmi işçisi, mətbuatla və ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Valentin Jelyayev Stalinin 4 gün harada olmasının öyrənildiyini bildirib:

"Stalin avqustun 1-dən 5-ə kimi hara yoxa çıxmışdı? Araşdırmalarımız zamanı məlum oldu ki, o, olduqca məxfi şəkildə cəbhəyə yollanıb. Kalininqrad cəbhəsinə baş çəkən SSRİ rəhbəri orda cəbhə komandanlığı ilə görüşüb. Maraqlıdır ki, təhlükəli döyüş bölgəsinə gedən SSRİ rəhbərini bu səfərdə cəmi bir neçə mühafizəçi müşayiət edib. Onlar arasında rəsmilərdən Lavrenti Beriya, müavini İvan Serov, Stalinin şəxsi mühafizə xidmətinin rəhbəri Nikolay Vlasik və onun 4 işçisi olub. Onlardan biri – Sergey Kuzmıçev Stalinin Kalininqrad cəbhəsinə getdiyini öz xatirələrində təsdiqləyib".

Rusiyanın Federal Mühafizə Xidmətinin sözçüsü Stalinin şəxsi mühafizə xidmətinin rəhbəri Nikolay Vlasikin Stalinlə birlikdə cəbhəyə getməsinə razılıq verilmədiyini, lakin bu generalın SSRİ rəhbərini hər yerdə müşayiət etməsi səbəbindən onun da cəbhəyə yollandığını vurğulayıb. Rəsmi qurum hətta Stalinin 4 gün qaldığı evin də fotolarını yayımlayıb. Həmin evdə asılmış xatirə lövhəsində SSRİ rəhbərinin 1943-cü il avqustun 1-dən 4-ə kimi bu evdə qaldığı yazılıb. Valentin Jelyayev Stalinin cəbhə bölgəsinin təhlükəli yerində olduğunu desə də, SSRİ rəhbərinin çox da uzağa - ən qaynar nöqtəyə getməkdən ehtiyatlandığını, sürücüsünə avtomobili geri sürməsi haqda göstəriş verdiyini dilə gətirib.

Rusiyanın Federal Mühafizə Xidməti rəsmisinin açıqladığı statistikaya görə, müharibə dövründə SSRİ-nin ümumilikdə 25 yüksək çinli rəsmisi 165 dəfə məxfi şəkildə cəbhə bölgəsinə yollanıb.

Tarix
2015.04.13 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla