Yuxarı

“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan “Kontakt” mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb. Şəbəkə “Gələcəyi Yazanlar” təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam - 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.

Bu təşəbbüs yay aylarından start götürmüş “Kontakt” ilə “Div Academy”nin tərəfdaşlığı əsasında həyata keçirilən “Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasının tərkib hissəsidir. Proqramın əsas mexanizmi tələbə yönümlüdür: müraciətçilər əldə etdikləri nəticəyə əsasən 60% və ya 40% təqaüd qazana bilirlər. Bundan əlavə, “Kontakt” bu layihədə bir xüsusilik də edib: sosial cəhətdən həssas əhali qrupundan 50 nəfərə tam 100% təqaüd də təqdim edib.

İndi isə Zəfər Gününün 5 illiyi münasibətilə bu rəqəmə əlavə yer də qoşulur. Zəfər yubileyinə görə “Kontakt” məhz qazi və şəhid ailəsi üzvü olan 20 nəfərin seçdiyi ixtisas üzrə təhsilin tam həcmini qarşılamağı öz üzərinə götürdü.

Proqram çərçivəsində ölkədə əmək bazarında ən çox tələb olunan istiqamətlər — Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə real bacarıqlar formalaşdırılır. Tədris müddəti seçilmiş sahə üzrə orta hesabla 6 ay davam edir və dərslər mütəxəssis təlimçilər tərəfindən əyani keçirilir.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək “Qarabağ Proqramı” üzrə həyata keçirilən vətənpərvərlik layihələrinə 2 milyon manatdan artıq vəsait cəlb olunub. Şəbəkənin vətənpərvərlik missiyası bu gün də güclü şəkildə davam edir. “Kontakt” mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.

“Qarabağ Proqramı” ilə həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.

Tarix
2025.11.05 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla