Ana səhifə Planet |
Avraam Linkoln - dahi amerikalı siyasətçi və ABŞ-ın
16-cı prezidenti. O, 1865-ci ildə ABŞ-da quldarlığın ləğvi ilə
imzaladığı qətnamə ilə tarixə düşdü. Linkoln sağlığında fəaliyyəti
ilə bağlı tənqidlərə məruz qalsa da, o, indiyə kimi amerikalıların
ən sevimli prezidentlərindən biridir.
Publika.az "Bizim tərcümə" layihəsində aprelin 15-də sui-qəsd
nəticəsində həlak olan prezident haqda maraqlı faktları təqdim
edir.
Linkoln ucaboylu adam olub. Onun boyu 193 santimetr idi. Müasir
dövrdə 193 santimetr boy qeyri-adi görünməyə bilər. Lakin XIX əsrdə
yaşayan kişi üçün belə bir boya sahib olmaq nadir hal idi. Onun
qoyduğu papaq isə Linkolnu daha da hündür göstərirdi.
Pulunu şlyapasının içində saxlayardı
Linkoln papağı təkcə dəb naminə qoymurdu. O, hündür şlyapasının
içində pul, məktub və digər vacib əşyalarını daşıyırdı. Əbəs yerə
onun şlyapasına "baca" adını qoymamışdılar. Şlyapa uzun olduğu üçün
borunu xatırladırdı.
Oğlu Robert Linkolnun başına tez-tez bədbəxt hadisələr gələrdi. O,
həyatında bir çox qətllərə şahidlik edib. Robert haqqında digər
maraqlı məlumat: onu qatar altında qalıb ölməkdən Edvin But xilas
edib. Edvin But prezidenti qətlə yetirən Con Butun qardaşı idi.
Bütün bədbəxt hadisələrə baxmayaraq, Robert prezident Linkolnun
qocalıq yaşına kimi yaşayan yeganə oğlu idi. Prezidentin digər 3
oğulu erkən vəfat edib (Edvard-4, Uilli-12, Ted-18 yaş). Robert 82
il yaşayıb.
İxtiraçı prezident
Linkoln öz dövrünün ixtira və texnikalarını xoşlayırdı. O, avadanlığın qurulması və onun mexanizmi ilə maraqlanırdı. Özü də mexanizimlə maraqlandığı üçün 1849-cu ildə şəxsi avadanlığını yaratdı. Bu, üzən gəmi idi. O öz ixtirasını patenləşdirə də bildi. Lakin maşının hazırlanması tam başa çatmadı.
Özünü tabutda görüb
Bir çoxları iddia edir ki, Avraam Linkoln ekstrasens bacarıqlara da malik olub. Onun fövqəltəbii bacarığı daha çox ömrünün sonunda özünü büruzə verib. Onun sözlərinə görə, Linkoln güzgüdə ikili əksini görüb. Güzgüdəki ikinci əksi dumanlı görünürdü. Şayiələr gəzir ki, Linkoln ölümündən bir həftə əvvəl, Ağ Evdə yerləşən otaqların birində ağlaşma haqda yuxu görüb. O, yuxuda ağlaşma səsi gələn otağı axtarmağa başlayıb. Nəhayət otağı tapıb və daxil olub. Bu vaxt otağın ortasında tabut görüb. İnsanlardan kimin öldüyünü soruşduqda isə mərhumun prezident olduğunu deyiblər. Tabuta boylanan Linkoln orada özünün uzandığını görüb.
Qara qüvvələrə inanırdı
Deyilənlərə görə, Linkoln qara qüvvələrə də inanıb. Linkoln qara
qüvvələrin varlığını inkar etmirdi. O və arvadı ölən uşaqları ilə
əlaqə yaratmaq üçün tez-tez ayinlər təşkil edərdi. Onların əlaqə
yaradıb yaratmaması isə məlum deyil.
Linkoln mənəviyyata inanırdı, lakin dindar deyildi. O özünü həqiqi
xristian adlandırsa da, heç zaman inamını tam dəqiqliyi ilə
aydınlaşdırmırdı. Onu tanıyan insanların sözlərinə görə, Linkoln
heç zaman kilsəyə gedib dua etməyib. Bir dəfə isə insanların
kilsədən çox Allahın tərəfində olmasını istədiyini dilə
gətirib.
Hər kəs bilir ki, Linkoln qeyri-adi ağıla, idraka və söz sənətinə
malik olub. O, bir çoxları üçün əsil natiq idi. Onun nitqləri hələ
də qorunub saxlanılır. 1856-cı ildə İllinoys ştatında çıxışından
olan nitqi isə saxlanılmayıb. Deyilənə görə, bu nitq ən yaxşısı
olub.
Linkoln depressiayadan əziyyət çəkdiyi üçün silah gəzdirməkdən qorxub. O qorxurdu ki, öz-özünə xəsarət yetirə bilər.
Ona ölümcül yaranı Linkolnın sevimli aktyorlarından biri olan
Con Uilks But vurub.
Ölümünə bir saat qalmış imzaladığı
sənəd
Linkoln ilk siyasətçidir ki, qadınların hüquqları haqda
danışaraq onların seçkilərdə iştirakını dəstəkləyirdi.
Ölümünə bir saat qalmış Linkoln Məxfi Təhlükəsizlik Xidmətinin
yaradılması haqda sənədə imza atıb.
Linkoln uşaqlıqdan balıqçılıq və ovçuluğa nifrət edib. Çünki
heyvanların öldürülməsinin əleyhinə olub.
Linkoln ali təhsili olmayan insanlardan biri olub. O, cəmisi 18 ay
baza təhsili alıb. Belə ki, Avraam oxumağı sevdiyi üçün vəkil
peşəsinə özü yiyələnib. Bunun ardınca isə Linkoln ABŞ prezidenti
seçilib.
17 dəfə basdırılıb
Linkolndan düzgünlük nümunəsi: gənc yaşlarında mağazası yandığı üçün 1000 dollar ziyan ödəməli idi. O, bu ziyanı 17 il ərzində ödəyib.
Linkolnun tabutu 17 dəfə basdırılıb. Bu gah qəbrin rekonstruksiya işləri ilə, gah da təhlükəsizlik naminə olub. Hər halda onun tabutu 6 dəfə açılıb. Nəhayət, 1901-ci ildə ölümündən 36 il sonra mərhum prezidentdən əl çəkdilər. Belə bir inam var ki, Linkolnun ruhu hələ də Ağ Evdə yaşayır.
Lətifə ustası olub
Linkoln nüfuzlu siyasətçi olmaqla yanaşı, güclü yumor hissinə də malik olub. Günlərin birində diplomatlardan biri ona belə bir sual verib: "Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?" Linkoln cavab verib: "Bəli, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?"
Linkolnun vəkil olan dövrlərində ABŞ tarixinə daxil olan belə bir hadisə baş vermişdi: Katibələrdən biri hakimi təhqir etdiyi üçün cərimələnib.
Hadisə belə baş verib: Məhkəmə prosesi gedən zaman Linkoln zala daxil olub. O, katibələrdən birinə yaxınlaşaraq qulağına gülməli hadisə danışıb. Hadisə o qədər gülməli olub ki, katibə özünü saxlaya bilməyərək bərkdən qəhqəhə çəkib. Bundan qəzəblənən hakim ona öz iradını bildirib: "Mən bu tərbiyəsizliyə son qoymağı tələb edirəm. Ona görə də 5 dollar cərimələnirsiniz". O zaman 5 dollar çox pul hesab olunurdu. Katibə ayağa qalxaraq hakim və zaldakılardan üzr istəyib və cəriməni ödəyib. Həmçinin eşitdiyi lətifənin bu məbləğə dəydiyini bildirib. Məhkəmə bitdikdən sonra hakim katibəni yanına çağıraraq Linkolnun lətifəsini eşitmək istəyib.
Katibədən lətifəni eşidən hakim qəşş edib. Güclə eşidiləcək tərzdə "cərimənizi geri götürə bilərsiniz", - deyə katibədən üzr istəyib .
Təəssüf ki, lətifənin nədən ibarət olması məlum deyil.
Xoruz döyüşlərini sevirdi
Linkolnun sevimli idman növü xoruz döyüşləri olub.
2004-cü ildə köhnə mətnlərin skaneri ilə məşğul olan şirkət Linkolnun yazılarının arasında ;) belə bir işarəyə rast gəlib. Hazırda bu işarə gülüş simvolu hesab olunur. İşarənin mətbəə səhvi və ya köhnə durğu işarəsi olub- olması məlum deyil.
Tarix
2015.04.15 / 22:16
|
Müəllif
Axar.az
|