Yuxarı

NASA-nın ABŞ büdcəsinə bir ildə verdiyi xeyir: 64 milyard

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NASA-nın ABŞ büdcəsinə bir ildə verdiyi xeyir: 64 milyard

ABŞ Milli aeronavtika və kosmik məkanın araşdırılması idarəsi (NASA) 2019-cu ildə ölkə iqtisadiyyatına verdiyi xeyiri açıqlayıb.

Axar.az "Amerikanın səsi" radiosuna istinadən xəbər verir ki, ötən il NASA Birləşmiş Ştatların büdcəsinə 64 milyard dollar köçürüb.

NASA-nın fəaliyyəti nəticəsində ABŞ-da 312 min iş yeri aktiv funksiyasını qoruyub saxlayıb. Bundan başqa federal qurum ölkə büdcəsinə federal, ştat və hətta bələdiyyə səviyyəsində 7 milyard dollardan çox vergi ödəyib.

NASA rəhbərliyi bu rəqəmləri Amerika üçün nə dərəcədə dəyərli bir təşkilat olduqlarını göstərmək üçün yaydıqlarını açıqlayıblar.

Agentliyin direktoru Cim Braydenstayn rəhbərlik etdiyi təşkilatın xərclərinin qarşılanmsı üçün hər il federal büdcədən yarım faiz ayrıldığını bildirib. Onun sözlərinə görə, NASA-nın əldə etdiyi elmi kəşflər, ən yeni texnologiyaların ixtirası ABŞ iqtisadiyyatının daha da möhkəmləndirilməsinə ciddi töhfə verir.

Rəsmi məlumatlara əsasən, 1976-cı ildən bu yana NASA 2 mindən çox yeni texnologiya yaradıb.

Tarix
2020.09.26 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla