Yuxarı

Davudoğlu Putinə cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlu Putinə cavab verdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrinə "soyqırımı" deməsinə cavab verdi. ANS-in məlumatına görə, Davudoğlu bildirib ki, Olland və Putinin qondarma "soyqırımı" tədbirində iştirakı Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür.

"Xarici işlər nazirimizlə görüşdüm. Lazımi bütün diplomatik addımlar atılacaq. Rusiya ilə Fransanın Ermənistanda olması isə Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür. Siyasi görüşümüz nə olursa olsun, bundan sonra hər bayramda görüşəcəyik. Biz hamımız eyni gəmidəyik. Öz kədərimizi sahibləndiyimiz kimi bütün xalqların acılarını da paylaşacağıq".

Türkiyə baş naziri Almaniya parlamentinin 1915-ci il hadisələri barədə qərarına kəskin etirazını bildirib:

"Merkellə telefonda danışdım. Müharibə vaxtı Osmanlı ilə Almaniya eyni tərəfdə olub. Bütün arxivlərimizi açmağa hazır olduğumuzu dedim. Almaniya parlamentinin hərəkətini qəbul etmək mümkün deyil. İqtisadi sanksiyalar da ola bilər. Bu istiqamətdə işə başladıq. Neçə ölkə rəhbəri Türkiyədə, neçəsi Ermənistanda? Onların sammiti nifrət, hiddət zirvəsi, bizimki sülh sammiti. Bizim əleyhimizdə olan yanaşma etimada kölgə düşürər. Türklər ləyaqətlərinə düşkün olmaqları ilə tanınırlar".

Tarix
2015.04.24 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla