Yuxarı

Kral Sisi ilə görüşdü: Nələr müzakirə olundu?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kral Sisi ilə görüşdü: Nələr müzakirə olundu?

Əmmanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdülfəttah Sisi İordaniya Kralı II Abdulla ilə Yaxın Şərqdəki, o cümlədən Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.

Axar.az xəbər verir ki, tərəflər terrorizm və ekstremizmlə mübarizədə birgə fəaliyyətin regiondakı silahlı münaqişələrin qarşısının alınmasında mühüm amil kimi qiymətləndiriblər. Bu məsələdə iki ölkənin təhlükəsizlik xidmətləri arasında informasiya mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, ötən həftə Qahirədə İordaniya, Misir, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş qərarların, habelə Liviyada sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində Qahirə Təşəbbüsünün yerinə yetirilməsi bu baxımdan zəruridir. Misir Prezidenti diqqətə çatdırıb ki, bu məqsədlə hazırda Hurqada kurort şəhərində BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə Liviyada münaqişə tərəfləri arasında danışıqların növbəti mərhələsi keçirilir.

Misir və İordaniya liderləri Yaxın Şərqdə sülhün və təhlükəsizliyin bərpa olunmasında Fələstin probleminin həllinin də zəruri olduğunu bildiriblər. Bu məqsədlə Qahirə və Əmman arasında məsləhətləşmələrin aparılacağı bildirilib.

Tarix
2021.01.20 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla