Yuxarı

Gürcüstan quru sərhədlərini aça bilər - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan quru sərhədlərini aça bilər - Nazir

Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb və ölkəyə giriş rejimini də sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala (1Tv.ge) müsahibəsində deyib.

Onun sözlərinə görə, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin bunu mərhələli şəkildə həyata keçirmək lazımdır:

“Biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına ona riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq”.

Qeyd edək ki, Gürcüstanda son günlər COVID-19 virusuna yoluxmada azalma müşahidə olunur.

Son həftədə yoluxma əhalinin 3,64 faizini təşkil edib.

Tarix
2021.02.07 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla