Yuxarı

Prezident: “Saakaşvili öz ölkəsini təhqir etdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: “Saakaşvili öz ölkəsini təhqir etdi”

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ölkə vətəndaşlığından imtina edən sabiq prezident Mixail Saakaşvilini ittiham edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Marqvelaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan Saakaşvilinin öz ölkəsini və prezident institutunu təhqir etdiyini bildirib.

"Saakaşvilinin hərəkətinə münasibətim mənfidir. Keçmiş prezident Gürcüstan vətəndaşlığından imtina etməməli idi. O, bununla öz ölkəsini və prezident institutunu təhqir edib. Fikrimcə, dəyərlər karyeralardan yuxarıda dayanır. Bu dəyərlərdən biri Gürcüstanın vətəndaşlığıdır. Onun bu davranışı mənim üçün anlaşılmazdır", - Marqvelaşvili deyib.

Saakaşvilinin Ukraynada qubernator təyin olunmasına Gürcüstanın Müdafiə naziri Xidaşeli Lili də münasibət bildirib: "Onun öz vətəninə sevgisi və sədaqəti çox yaxşı göründü. Əgər kimlərdəsə nəzəri şübhələr var idisə, onlar da Saakaşvilinin sədaqətini gördülər".

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Pyotr Poroşenko Saakaşvilini Odessa vilayətinin qubernatoru kimi Odessa şəhərində şəxsən təqdim edib. Saakaşvili artıq Tvitter vasitəsilə ilk qərarlarını elan edib: məmurların sayını azaltmaq, ildə 4 milyon qrivnaya qənaət etmək, milisi yoxlamaq və şəhər infrastrukturunu qiymətləndirmək.

Gürcüstan qanunvericiliyinə görə, başqa ölkənin vətəndaşlığı alınacağı halda həmin şəxs avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirir. Qanunvericilik ikili vətəndaşlığa malik olmağa icazə verir, amma bunun üçün prezidentə müraciət etmək lazımdır.

Qeyd edək ki, Saakaşvili 2013-cü ilin noyabrında prezident seçkilərindən sonra ölkəni tərk edib. Gürcüstan Baş Prokurorluğu ona qarşı bir neçə maddə üzrə cinayət ittihamı irəli sürüb. Sabiq prezident opponentlərinin ittihamlarını siyasi xarakterli hesab edir.

Tarix
2015.06.01 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla