Yuxarı

Türkiyəni gözləyən 6 ehtimal – Seçki

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəni gözləyən 6 ehtimal – Seçki

"Türkiyədə son baş verənlər Ərdoğanı və onun partiyasını silkələmək məqsədi daşıyır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə analitik Vüqar Zifəroğlu çıxış edib. O, bütün bu olanların əslində bir həqiqəti ortaya qoyduğunu deyib:

"AKP-nin səslərinə birbaşa təsir edəcək ən mühüm faktor etnik kürdlərdir. Cənub-şərqi Anadoludan bir o qədər ciddi səs ala bilməyən ənənəvi müxalifətə rəğmən AKP seçkilərdə hər zaman həmin bölgənin əhalisinin dəstəyini əldə etməyi bacarıb. Lakin HDP faktoru hazırkı dönəmdə bu hədəfi təkrarlamağa maneə yaradır. Hazırda həmin partiya kifayət qədər aktiv iş aparır və 4-cü partiya olaraq parlamentə daxil olmağa çox yaxındır. HDP bölgədə səslərinə sahib çıxa bilsə, hətta AKP-nin təkbaşına iqtidar olmaq imkanını belə əlindən ala bilər. AKP-nin seçkilərdən tam qələbə ilə çıxmasında üç faktor var: kürd seçmənlərin səsi; iqtisadi amil – bu, onsuz da AKP-nin xeyrinədir; Türkiyə siyasi sistemində sağ mərkəzçi partiya boşluğunun olması".

Analitik sözügedən məsələ ilə bağlı bəzi mümkün ssenarilərə də aydınlıq gətirib:

"1. AKP təkbaşına iqtidar olaraq yola davam edir. Bunun üçün 47-48 faiz səs toplamalıdır.

2. HDP barajı keçərsə, AKP özü üçün bir koalisiya ortağı tapmağa məcburdur. Bu, MHP ola bilər.

3. Fətullahçı camaatın müəyyən mənada dövriyəyə girməsini istisna etmək olmaz. Ancaq AKP CHP ilə koalsiyaya girməz.

4. HDP-nin barajı keçəcəyi təqdirdə AKP ilə koalisiyaya girməsi mümkündür.

5. CHP ilə MHP koalisyasına gəldikdə isə hazırda səslərinin aşağı olması bunu mümkünsüz edir.

6. CHP-MHP-HDP koalisiyasıdır ki, bu da nəzəri cəhətdən ən mümkünsüz ssenaridir.

Qeyd edim ki, hələ qabaqda Türkiyədə siyasi proseslərdə maraqlı gedişlərin və oyunların şahidi olacağıq".

Tarix
2015.06.02 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla