Yuxarı

Qasparyan Sərkisyanı şoka saldı: savaş qızışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qasparyan Sərkisyanı şoka saldı: savaş qızışır

İrəvan kulislərində müharibə davam edir: son məlumata görə, baş qərargah rəisi Onik Qasparyan Prezident Armen Sərkisyana Paşinyanın müharibədə məntiqsiz və xain göstərişləri ilə bağlı yüzlərlə fakt təqdim edib.

Bundan “şoka düşən” Armen qərargahın binasını tərk edib.

Hazırda Nikol Paşinyanın Armen Sərkisyanla gizli görüş keçirdiyi, onu Qasparyanın vəzifədən azad edilməsi əmrini imzalamağa inandırmağa çalışdığı deyilir.

Paşinyan və Qasparyan üçün bu, “ölüm-qalım” məsələsidir:

- Nikolu devirsələr, yolu həbsxanadır;

- Qasparyan məğlub olarsa, o da eyni ünvana gedəcək və istefa tələbinə qoşulan generalların da boynu “qılıncdan keçiriləcək”: bu, Rusiyanın Ermənistan ordusu içindəki təsir gücünə də risklər yaradır;

Hər iki tərəf sona qədər dirənəcək, çünki bütün kartlar açılıb və geriyə yol görünmür.

Paşinyan hələki güclü tərəf kimi görünür: Qərb baş verənləri hərbi çevriliş hesab edir və bu, çevrilişi alqışlayan müxalifətə də dəstək vermədiyi deməkdir; Hakimiyyət müxalifətin aksiyasını güc və repressiya yolu ilə yatırsa, Qərb səssiz qalacaq; müxalifət parçalanmış vəziyyətdədir; son aksiyalar Nikolun elektoratının daha çox olduğunu göstərdi;

1. Paşinyan ən çətin vaxtda yenidən “xalq yürüşü”nə başlayacaq;

2. Armen Sərkisyana Qasparyanın qələmini qırmaq üçün təzyiq edəcək;

2. Ən çətin məqamda B planını işə sala bilər: hakimiyyəti öz komandasından birinə ötürmək;

Qasparyan – generallar dirənsə də, çevrilişin ilk cəhdinin baş tutmaması onları çətin vəziyyətə saldı: Rusiya Paşinyana yetərincə təzyiq etmir, yaxud edə bilmir; xalqın dəstəyini görmədilər, yaxud yetərincə olmadı;

Və onlar anlayır ki, indi “ortaq nöqtə” tapılsa belə, Nikol bağışlamayacaq və tezliklə “təmizlənmə” prosesi başlanacaq. Bu baxımdan, Qasparyan “ya indi, ya heç vaxt” prinsipi üzrə hərəkət edir və məğlub olduğunu anlasa, İrəvan küçələrində silahlıları görəcəyimiz istisna deyil.

Tarix
2021.02.27 / 02:09
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq

Nəsimi Ağayev erməni həmkarı ilə görüşdü - Foto

Orduya böyük sərmayə qoymuşuq: Azərbaycanla müharibə...

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla