Yuxarı

Erməni general qiyamçıların tərəfinə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni general qiyamçıların tərəfinə keçdi

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini bəyan edib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, o, Baş Qərargahın Baş nazir Nikol Paşinyanı və hökuməti istefa bəyanatına qoşulub.

“Hesab etmirəm ki, silahlı qüvvələr bu bəyanatı düşünmədən verib. Düşünürəm ki, onlar ciddi qərar qəbul ediblər və bu bəyanata qoşularaq onu müdafiə edirəm”, - general-leytenant bildirib.

Daha sonra Baqmanyan əlavə edib: “Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, “1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi – güllələnmə, yanan maşınlar və sair”.

Qeyd edək ki, 1 martda saat 18.00-da müxalifət, 18.30-da isə Nikol Paşinyan öz tərəfdarları ilə küçə və meydanlara çıxacaqlar. Paşinyan Azadlıq meydanında, Vətənin Xilas Hərəkatı isə Baqramyan prospektinə aksiya təyin edib. Bu mənada 2008-ci il hadisələrinin təkrarlanacağı da istisna deyil.

Tarix
2021.02.28 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla