Yuxarı

Gürcüstanda ən nüfuzlu adam patriarx oldu - Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda ən nüfuzlu adam patriarx oldu - Sorğu

Gürcülərin 79%-i hesab edir ki, son bir ildə ölkədəki iqtisadi vəziyyət pisləşib.

Axar.az xəbər verir ki, bu nəticə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 63%-i ölkədə iqtisadi vəziyyətin məişət səviyyəsində pisləşdiyini bildirib. Gürcülərə görə, hazırda ölkə əhalisinin əsas problemi işsizlik (65%), qiymət artımı (37%) və yoxsulluqdur (26%).

Sorğuya əsasən, hazırda Gürcüstanda əhali üçün qəbul olunan şəxs Patriarx II İlya sayılır. Əhalinin 89%-i II İlyanı dəstəklədiyini bildirib. Ondan sonrakı yerlərdə keçmiş baş nazir Georgi Qaxariya (65%), Tiflis meri Kaxa Kaladze (54%), Avropa Gürcüstanı Partiyasının lideri David Bakradze (52%), Vahid Milli Hərəkat Partiyasının lideri Nika Meliya (42%), Bidzina İvanişvili (40%) və digərləri qərarlaşıb.

Respondentlərin 35%-i gələn həftə seçki olarsa Gürcü Arzusu Partiyasına səs verəcəyini bildiriblər. Ondan sonrakı pillələrdə Vahid Milli Hərəkat Partiyası (18%), Avropa Gürcüstanı Partiyası (3%), Aqmaşenebeli Strategiyası (3%) qərarlaşıb.

Tarix
2021.04.06 / 12:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla