Yuxarı

“Akıncı” ilk atış sınaqlarını keçirdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Akıncı” ilk atış sınaqlarını keçirdi - Video

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanan Bayraqdar Akıncı Pilotsuz Hava Vasitəsi (TİHA) bu gün ilk atış sınağını uğurla tamamlayıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Səlcuq Bayraqdar rəsmi Tvitter səhifəsində bildirib.

Məlumatda bildirilir ki, daha əvvəl bir çox testi müvəffəqiyyətlə tamamlayan Türkiyənin ilk insansız hava hücum vasitəsi “Bayraqdar Akıncı” ilk atış testi üçün Türkiyənin milli raket sistemləri istehsalçısı “ROKETSAN” tərəfindən milli imkanlarla hazırlanan “MAM-C”, “MAM-L” və ilk dəfə istifadə olunan “MAM-T” yeni nəsil sursatları ilə işə salınıb. Sursatlı uçuş testi kampaniyasının ilk uçuşu “Akıncı PT-3” ilə aprelin 17-də baş tutub. Aprelin 21-də ikinci uçuş, 22-də isə ilk atışlar həyata keçirilib.

Bu il ərzində ilk istehsal olunan vasitələrin sifarişçiyə çatdırılmasını planlaşdıran “Bayraqdar Akıncı TİHA” layihəsi çərçivəsində kütləvi istehsal başladılıb. Kütləvi istehsal modelinin ilk təyyarəsi olan və inteqrasiyası tamamlanan “Bayraqdar Akıncı S-1” isə ötən günlərdə test fəaliyyətlərinin icrası üçün Türkiyənin “Çorlu” vilayətinə köçürülüb. Kütləvi istehsal modellərinin inteqrasiya işləri “Baykar Milli S/İHA AR-GE” və İstehsalat Mərkəzində davam etdirilir.

Tarix
2021.04.22 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla