Yuxarı

Rusiya MDB-də casus oyununda nədən istifadə edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya MDB-də casus oyununda nədən istifadə edir?

"Xeyli vaxtdır ki, Rusiya xüsusi xidmət orqanları postsovet ölkələrində qərblilərə qarşı əməkdaşlığa cəlb etmək ovuna çıxıblar".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu çıxış edib. O, bu cür fəaliyyətin Gürcüstanda uzun illər həyata keçirildiyini bildirib

"Kompromat (ifşaedici material) üzərində qurulan bu tip əməliyyatlar postsovet ölkələrinin dövlət və hökumət orqanlarına yerləşdirilmiş Rusiya agentura şəbəkəsi vasitəsilə həyata keçirilir və əsasən Qərb dövlətlərinin səfirliklərində və beynəlxalq təşkilatların nümayəndəliklərində çalışan diplomatları hədəfə alır. Uzun illər ərzində bu cür fəaliyyət Gürcüstanda həyata keçirilirdi və bu ölkənin xüsusi xidmət orqanları tərəfindən irəli verilmiş "xanımların" köməyilə potensial qurbanları tələyə (gizli kameraya) salıb, əldə olunan kompromatlardan onları şantaj yolu ilə əməkdaşlığa cəlb etmək üçün istifadə edilirdi. Lakin bütün bu işdə ən azı 2 yanlış hesablama vardı əvvəla, bu tip sifarişlər həyata keçirən Gürcüstan xüsusi xidmət orqanları rəhbərləri dünyanın ilk onluğuna daxil olan kəşfiyyatların azı 8-nin Qərb ölkələrinin olduğunu diqqətdən qaçırmışdılar, ikincisi, belə sifarişlər vasitəsilə əldə edilərək ötürülən məlumatların elə sifarişçinin özü tərəfindən sızdırılması (və ya satılması, başqa məlumata dəyişdirilməsi) ehtimalını nəzərə almamışdılar".

Ə.Oruclu hesab edir ki, Gürcüstanın arxasınca Rusiyanın casus oyunları Ukraynada da iflasa uğradı

"Saakaşvili hakimiyyətinin öncə daxili işlər naziri, sonrakı mərhələdə isə baş naziri olmuş Vano Merabişvili hakimiyyət dəyişən kimi öz yüksək hakimiyyət kabinetini həbsxana kamerasına dəyişməli oldu. Ən ironik də budur ki, təkcə Qərb diplomat və nümayəndələri ilə deyil, Gürcüstan müxalifətinin və hətta təmsil olunduğu hakimiyyətin yüksək rəsmiləri ilə gizli kameraların köməyilə ünsiyyət qurmaq həvəskarı olan keçmiş nazirin kamera sevgisi uzunmüddətli təmin olunub. Bəlkə də ömürlük, kim bilir Bircə fərq ondadır ki, bu dəfəki kamera gizli yox, təkadamlıq və qapalıdır. "Tələyə" düşmüş diplomatlara gəlincə isə onları adətən əvvəlcə ölkələri geri çağırır, sonra isə müvafiq xəbərdarlıq edərək diplomatik və ümumiyyətlə dövlət xidmətindən birdəfəlik uzaqaşdırırlar. Gürcüstanın arxasınca casus oyunları Ukrayna ərazisinə keçdi, amma Rusiya orda da məğlub oldu".

Tarix
2015.06.16 / 09:56
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla