Yuxarı

Mayk Bird: “Yunanıstanı yəhudilər çökürdür”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mayk Bird: “Yunanıstanı yəhudilər çökürdür”

Yunanıstanın paytaxtı Afinada olan amerikalı jurnalist Mayk Bird Yunanıstanda "Sionist liderlərin protokolları" kimi yəhudilər əleyhinə olan kitabların çox məşhur olduğunu söyləyib.

Axar.az xəbər verir ki, jurnalistin fikrincə, yunanlar ölkələrinin iqtisadi çöküşündə ən birinci yəhudi bankirləri günahlandırırlar.

Mayk Bird "Business Insider" (Daxili biznes) jurnalı üçün qələmə aldığı yazıda bunları qeyd edib:

"Dünən axşam Yunanıstana gəldim və dərhal yunan banklarının pullarını almaq üçün növbə gözləyən müştəriləri ilə danışmağa getdim. Gənc yunanlarla söhbətləşərkən bir kişi yaxınlaşaraq ölkənin hazırki durumunun əsas günahkarlarının sionistlər olduğunu bildirdi".

Başlıca sionist xainlərin Rotşild bankirlərinin olduğunu bildirən kişi belə deyib:

"Biz, yunan-romalılar insanlara işıq vermişik. Ancaq indi əvvəlkinə nisbətən işığımız azdır. Bu da almanların və avropalıların günahı deyil. Böhranımızın köklərinə enmək lazımdır. Sionistlər Yunanıstanı əzməyə çalışırlar".

Belə fikirlərin istisna hal olmadığını və pıçıltı ilə ağızdan ağıza ötürülmədiyini, uzun növbələrdə bir çox yunan vətəndaşı tərəfindən yüksək səslə dilə gətirildiyini qeyd edən jurnalist belə yazıb:

"Yeri gəlmişkən, yunanlar Rotşildlərin və digər sionistlərin təkcə Avropa maliyyə bazarlarına deyil, ABŞ Federal Ehtiyat Sisteminə nəzarət etdiyinə də əmindirlər".

Jurnalist ağır iqtisadi böhran və cəmiyyətdəki çaxnaşmaya baxmayaraq, Afinadakı restoran və barların gecə boyu dolu olduğunu da vurğulayıb:

"Gənclər gecə boyu restoranlarda əylənirlər. Yunanıstanda həqiqətən də nağd pul qıtlığı varsa, bunun nə qədər davam edəcəyini bilmirəm".

Tarix
2015.07.02 / 11:17
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla