Yuxarı

Ərdoğan Kiprdə "5 yaxşı xəbər" verəcək - Afina təşvişdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Kiprdə "5 yaxşı xəbər" verəcək - Afina təşvişdə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr səfəri öncəsi ardarda verdiyi açıqlamalar gündəm yaradıb və saysız-hesabsız ehtimalların üzə çıxmasına səbəb olub.

Axar.az xəbər verir ki, ötən gün Rəcəb Tayyib Ərdoğanın Kiprdə "iki müjdə verəcəyi" bildirilirdisə, Yunanıstanın “Ethnos” jurnalında dərc olunan məqalə “Ərdoğanın Kiprdə elan edəcəyi 5 yaxşı xəbər" başlığı ilə yayımlanıb.

Məqalədə ehtimallar belə sıralanıb:

1. Prezident Ərdoğan Azərbaycanın Şimali Kiprlə diplomatik əlaqələrə başlamaq qərarını elan edəcək;

2. Ərdoğan səfəri zamanı yenidən Qapalı Maraşı ziyarət edəcək. Yunanların Maraşdakı evləri ilə əlaqədar Daşınmaz Əmlak Komissiyasına müraciət etmələri üçün addım atılacaq və bölgədə bu istiqamətdə yeni təşəbbüslər meydana gələcək;

3. Prezident Ərdoğanın Famaqusta yaxınlığında yeni bir dəniz bazasının inşası ilə bağlı xəbər verəcək;

4. Keçidqaladakı daimi hərbi bazada PUA üçün baza yaradılacaq;

5. Ərdoğan Kipr yaxınlığında qaz yatağı kəşf edildiyini elan edəcək. Çünki türk qazma və tədqiqat gəmiləri keçən il Kipr sahillərində bir sıra qazma və seysmik tədqiqatlar həyata keçirib.

Bu ehtimallar yunanları ciddi narahat etməkdədir.

Qeyd edək ki, Ərdoğan Şimali Kiprə 20 iyulda səfər edəcək.

Tarix
2021.07.19 / 10:00
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla