Axar.az
Yuxarı

Rusiyada seçki: Kimlər iştirak edir, nələr gözlənilir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada bu gündən etibarən Duma seçkisinə start verilib.

Axar.az xəbər verir ki, seçki bütün ölkə ərazisində üç gün ərzində davam edəcək. Bu faktın özü seçkidə iştirak edən bəzi partiyalar tərəfindən isti qarşılanmayıb. Partiyalar bunun seçki saxtakarlığına gətirib çıxaracağını bildiriblər. Bununla belə artıq seçki ölkənin şərqindəki vilayətlərdə start götürüb.

Rusiyada keçirilən budəfəki seçkini önəmli edən əsas məqamlardan birinin onun koronavirus pandemiyası fonunda baş tutmasıdır. Rusiya hökuməti bununla əlaqədar olaraq misilsiz sanitar təhlükəsizlik tədbirləri gördüyünü elan edib.

VIII çağırış Dumanın formalaşdırılması üçün təşkil olunan seçkidə ümumilikdə 100 milyondan çox rusiyalının səs vermək hüququ var. Bununla belə seçkidə aktivliyin həddən artıq yüksək olacağı gözlənilmir. Xüsusilə, pandemiya və hökumətin sistemdən kənar müxalifəti seçkiyə buraxmaması fonunda bu ehtimal daha da güclənir.

Bütün ölkə ərazisində seçki qarışıq seçki sistemi ilə gerçəkləşdiriləcək. Belə ki, 225 deputat proporsional seçki sistemi ilə müəyyənləşdiriləcəyi halda, digər 225 şəxs öz mandatını majoritar seçki sisteminin nəticəsinə uyğun olaraq alacaq.

Ümumilikdə parlament seçkisində 34 partiya iştirak üçün müraciət etsə də, Rusiya Mərkəzi Seçki Komissiyası onların cəmi 32-ni seçkiyə buraxıb. Üstəlik, MSK müstəqil formada seçkiyə qatılmaq istəyənlərə qarşı daha sərt mövqe tutub. Belə ki, deputat olmaq üçün müraciət edən 174 müstəqil namizəddən cəmi 11-nin namizədliyi təsdiqlənib. Parlament seçkisinə həmçinin sistemdən kənar müxalifət orqanları ilə əlaqəsi olan siyasi təşkilatlar da buraxılmayıb. Bunlar sırasında, xüsusilə, rusiyalı müxalif bloger Aleksey Navalnıya yaxınlığı ilə seçilənlər yer alıblar. Seçkiyə buraxılmayan məşhurlar arasında İlya Yaşin, Lyubov Sobol, Lev Şlosberq yer alıb.

Rusiya MSK seçkiyə xaricdə aktivləri olan və xaricdən maliyyə yardımları alan şəxslərin buraxılmasını da məhdudlaşdırıb. Lakin bu şərt əsasən, hökumət tərəfindən bəzi məşhur şəxslərin seçkiyə buraxılmaması üçün bəhanə rolunu oynayıb. Belə ki, 2016-cı il prezident seçkisində Vladimir Putinin əsas rəqibi sayılan kommunist Pavel Qrudinin məhz bu bəhanə hazırkı seçkilərə buraxılmayıb.

Ümumilikdə heç bir beyin mərkəzi budəfəki Duma seçkisində də Rusiyada hansısa sürpriz nəticənin olacağını gözləmir. Bununla belə bəzi yeniliklərin də olacağı güman edilir. Belə ki, son parlament seçkisində tarixinin ən çox səsini toplayan hakim Vahid Rusiya Partiyasının budəfəki seçkidə daha çox səs itirəcəyi güman olunur. Sorğu şirkətləri hakim partiyanın səs faizlərinin 45-47% arasında dəyişəcəyini güman edirlər ki, bu da partiya üçün qəbuledilməzdir. Bu halda partiya Konstitusiya üstünlüyünü əldə etmək üçün özünə müttəfiq axtarmalı olacaq ki, belə müttəfiqlik üçün də partiya böyük güzəştlərə getmək məcburiyyətində qalacaq.

Əslində Vahid Rusiya Partiyasının dəstəkçilərinin sayının azaldığı, hətta minimum həddə çatdığı 2019-cu ildən bəlli idi. Partiyanın indiki halda səs itirməsinə ən çox 2018-ci ildə keçirilən təqaüd reformları və 2020-ci ildə baş tutan Konstitusiya dəyişikliyi şərait yaradır. Təqaüd reformu ictimaiyyətə daha ağır şərait formalaşdırdığı üçün Vahid Rusiyadan ayrılan səslərin daha sosialyönümlü çağırışlar edən digər partiyalara gedəcəyi güman edilir.

Hakim partiya itkilərini müəyyən gedişlərlə kompensasiya etməyə çalışır. Partiya bunun üçün 2020-ci il Konstitusiya dəyişikliyindən sonra Dumanın səlahiyyətlərinin artırılması, ruslar arasında nüfuzlu sayılacaq Sergey Şoyqunun partiyanın lider namizədi kimi göstərilməsi kimi faktorlardan istifadə edir. Üstəlik, seçki öncəsi Hesablama Palatasının sədri Aleksey Kudrin vasitəsilə dövlətin iqtisadiyyatda payının azaldılması kimi mesajlar verərək, ictimaiyyət və elitar təbəqə daxilində nüfuzunu artırmağa müəyyən qədər nail olub.

Hər bir halda budəfəki Duma seçkisində parlamentin aşağı palatasına daha çox partiyanın daxil olacağı güman edilir. Ənənəvi Kommunist Partiyası, Liberal Demokrat Partiyası, Ədalətli Rusiya kimi siyasi təşkilatlarla yanaşı bu dəfə parlamentə Sosial Ədalət Naminə Təqaüdçülər Partiyası, Qriqori Yavlinskinin Yabloko Partiyası və “Faberlik”in sahibi Aleksandr Neçayevin Yeni İnsanlar Partiyasının da düşəcəyi gözlənilir. Əgər Yavlinski öz yanına hakimiyyətdən kəskin narazı olan insanlar, Navalnının tərəfdarları, Xabarovsk olayları kimi insidentlərin iştirakçılarını almağı ümid edirsə, Neçayev daha çox təqaüd reformalarından narazılardan səs almağa cəhd edir.

Qeyd edək ki, seçki 19 sentyabrda başa çatacaq, nəticələr isə 4 oktyabrda elan ediləcək.

Tarix
2021.09.17 / 13:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu ölkə Türkiyədən 18 qırıcı ala bilər

Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama

Əfqanıstanda bombalı hücum: ölənlər var

Ərdoğan təlimat verdi, 10 səfir "persona non-qrata" elan edilir

Ərəbistan tullantıların miqdarını sıfra endirir

Mişaya kim yeməyə mane olur? – Qaribaşvili

Ukrayna NATO-nu Rusiya ilə konfliktə cəlb edəcək - Puşkov

Çində kimya zavodu partladı: ölənlər var

Təbrizin valisi farsca çıxışa başladı, dərhal döyüldü – Video

Supergüclərlə siçan-pişik oynaya bilmərik - Japarov

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla