Ürəyiniz üçün portağal yeyin
01:57
| Ana səhifə Planet |
|
PKK terrora dərhal son qoymalı və yenidən sülh prosesinə qayıtmalıdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner birifinqdə Türkiyədə HDP-çi millət vəkillərinin toxunulmazlığının alınması ilə bağlı danışarkən deyib. O, sözügedən məsələnin Türkiyənin demokratik təməllərinə bağlı olduğunu qeyd edib:
"PKK Türkiyədə polis və əsgərlərə qarşı hücumlar təşkil etdi. Buna görə də Türkiyənin özünü müdafiə etməyə sonuna qədər haqqı var. PKK şiddətə dərhal son verməli və yenidən sülh prosesinə qayıtmalıdır. İŞİD-i məhv etmək üçün də NATO ölkələrinin İraqın müdafiəsini gücləndirməsi çox önəmlidir".
|
Tarix
2015.08.01 / 19:30
|
Müəllif
Aygün Yusibova
|