Yuxarı

Ərdoğan Molla Nəsrəddinlə müqayisə edildi - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Molla Nəsrəddinlə müqayisə edildi - KİV

Ankaranın xarici siyasəti uyğunsuzluqlarla müşayiət olunur.

Axar.az xəbər verir ki, bu iddianı Türkiyənin "Sunday Zaman" qəzeti irəli sürüb.

"Türk diplomatiyasının qəbul etdiyi qərarlar hazırda dünyanın bir-birinə zidd olan bütün dövlərləri ilə uzlaşdırılır – Vaşinqtondan Pekinə qədər. Bu məqamda türk diplomatiyası hakimlik edən Molla Nəsrəddinin həm iddiaçıya, həm də cavabdehə "sən haqlısan" deməsinə bənzəyir", - qəzet yazır.

Prezident Ərdoğanın Çinə səfəri ilə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyini bildirən nəşr həmin vaxtda Ankarada NATO-nun fövqəladə toplantısının keçirildiyinə diqqət çəkir:

"Türkiyə Rusiya ilə Avropa qaz xətti sisteminə qoşulmayan qaz xətti çəkməyə hazırlaşır, Krıma tərəvəz ixrac edir, digər tərəfdən NATO-nun Ukrayna siyasətini dəstəkləyir".

Nəşrin iddiasına görə, ən ciddi uyğunsuzluq Yaxın Şərq hadisələrinə yanaşmada – "İslam xilafəti"nə müharibə elan edib, İraqın şimalında PKK bazalarını bombalamaqdadır: "Üç qrup eyni vaxtda bir-biri ilə savaşır. Türkiyənin bu yanaşması isə dünya müharibə tarixinə töhfə olmalıdır. Çünki Türkiyə İŞİD-ə hücum edəndə PKK-ya, PKK-ya hücum edəndə İŞİD-ə dəstək vermiş olur".

"Sundey Zaman"ın qənaətinə görə, digər dövlətlər "Türkiyənin çoxsaylı müttəfiqləri ilə eyni vaxtda oynamasına" öz maraqları tapdanana qədər dözəcəklər.

Tarix
2015.08.03 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla