Yuxarı

Yeni Süveyşin fəsadı: Aralıq meduzalarla dolur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni Süveyşin fəsadı: Aralıq meduzalarla dolur

Misirdə açılacaq 72 kilometrlik yeni Süveyş kanalı Aralıq və Qara dənizin bioloji strukturuna ağır zərbə vuracaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında Türk Dəniz Araşdırmaları Vəqfinin rəhbəri Bayram Öztürk söyləyib. Onun sözlərinə görə, bu kanal sayəsində Hind okeanı və Qırmızı dənizdən yeni dəniz canlıları Aralıq dənizinə daxil olacaqlar:

"Onlar zamanla Qara dəniz sahillərinə gələcəklər. Artıq indidən 350-dən çox müxtəlif növ canlı Qara dənizə daxil olub. Onlardan bəziləri Aralıq və Qara dənizin canlıları üçün böyük təhlükə yaradır. Bəziləri zəhərli olan canlıların içərisində bölgə üçün ən təhlükəli olanı isə meduzadır".

Qeyd edək ki, Suveyş kanalına paralel formada tikilmiş yeni Süveyş kanalı avqustun 6-da istifadəyə veriləcək.

Tarix
2015.08.03 / 23:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla