Yuxarı

Sevil Nuriyeva Ruhani-Ərdoğan savaşına qarışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevil Nuriyeva Ruhani-Ərdoğan savaşına qarışdı

Azərbaycanlı jurnalist Sevil Nuriyeva İran mətbuatında Ərdoğana yönəlik kampaniyaya cavab verib.

Axar.az-ın məlumatına görə, Nuriyeva "Star" qəzetində "İranın naşı oyunu bitməz" başlıqlı məqalə ilə çıxış edib.

"İndi İran kürdlərə hamilik etmək rolunda iştirak edir. Ona görə də PKK-nı dəstəkləyirlər. İran yalan xəbərlər yaymaqla Ərdoğana iftira atmaqdadır. Bu prosesdə Rusiya mediası və ictimaiyyəti də alətə çevrilib.

İran dünya siyasətində Ərdoğana etibarsızlıq rəyi formalaşdırmaq üçün kampaniya qurub. Rəsmi Tehranın məqsədi Türkiyənin regiondakı siyasi nüfuzunu heçə endirmək və prosesləri özü idarə etməkdir", - deyə Nuriyeva qeyd edib.

İran mətbuatında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə kampaniya başlayıb. Misal kimi İran Prezidenti Həsən Ruhaniyə yaxın İRNA nəşrində Türkiyə hökumətinə ittihamlar göstərilir.

Habelə, "Aferineshdaily" adlı qəzetdə Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarının kosmetik olduğunun vurğulanması misal gətirilir.

Məqalədə deyilir ki, kampaniyanın başında duranlardan biri də İranın dini lideri Əli Xameneidir.

Ayətullaha yaxınlığı ilə tanınan "Keyhan" qəzeti yazıb ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər İŞİD-in mərkəzi komandanlığıdır və Türkiyə hökuməti ilə İŞİD arasında qarşılıqlı anlaşma var.

Belə ki, qəzet rəsmi Ankaranın "İslam dövləti"nə Əsəd rejimini devirmək üçün dəstəyini əsirgəməyəcəyi, əvəzində "cihad"çıların Türkiyə ərazisində terror aktları törətməyəcəyi barədə razılaşma olduğunu yazıb.

Tarix
2015.08.10 / 19:25
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla