Yuxarı

Saakaşvili hakimi saymadı: Sən heç kimsən! - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili hakimi saymadı: Sən heç kimsən! - Video

Yanvarın 13-də Tiflis şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qanunsuz sərhədi keçməsi işi ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.

Axar.az xəbər verir ki, Saakaşvilinin özü də məhkəmədə iştirak edib. O, cəza çəkdiyi Rustavi türməsindən məhkəmə zalına gətirilib.

Saakaşvilinin məhkəmədə çıxışı zamanı hakimə saymazyana davranması diqqət çəkib.

Hakimin iradına isə sabiq prezident belə cavab verib:

“Kimə müraciət edəcəyimlə bağlı özüm qərar verəcəyəm. Mən necə kosmonavtamsa, siz də elə hakimsiniz. Gürcü xalqına müraciət edirəm. Nöqtə! Mənim üçün heç kimsən!”

Bundan əlavə, Saakaşvili çıxışında prezidentliyi dövründə xidmətlərindən bəhs edib, hazırki Gürcüstan hakimiyyətinin ünvanına tənqidlər səsləndirib, həmçinin sosial həyat şərtlərinin bahalaşmasından danışıb.

Saakaşvili nevroloji problemlərinin olmasını da məhkəmədə dilə gətirib.

Qeyd edək ki, iclas məhkəmə binasının qarşısına toplaşan Saakaşvili tərəfdarlarının nümayişi fonunda baş tutub.

Tarix
2022.01.14 / 00:39
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla