Yuxarı

Təqaüd qazanan məhbus prezidentə müraciət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təqaüd qazanan məhbus prezidentə müraciət etdi

Pakistanın Karaçi həbsxanasında ömürlük həbs cəzası çəkən pakistanlı məhbus Seyid Naim Şah keçən il şəhərin ali məktəb imtahanlarında ən yüksək ballardan birini toplayaraq təhsil almaq üçün təqaüd qazanıb.

Axar.az xəbər verir ki, 35 yaşlı Seyid Naim Şah keçən il Pakistanda özəl namizədlər arasında keçirilən ümumi ali məktəb imtahanlarında ən yüksək bal toplayaraq Pakistanın Mühasiblər İnstitutunda təhsil almaq imkanı əldə edib.

Seyid Naim Şah mətbuata açıqlamasında bildirib ki, həbsxanada keçirdiyi vaxt ərzində bu nailiyyəti əldə etmək onun üçün çətin olub. O, uşaqlıqda məktəbi sevdiyini, lakin ailəsinin onun təhsilini davam etdirməyə imkanı olmadığını söyləyib. Həbsxanada onunla birlikdə dərs alan məhbuslar ona imtahanlara hazırlaşmağa kömək ediblər.

Təxminən 5,700 dollar dəyərində olan təqaüd həbsxanada və ya azadlıqda olmasından asılı olmayaraq, imtahanlarda dörd ən yüksək bal toplayan tələbəyə verilir. Həbsxanada təqaüdlü təhsilini davam etdirməyin çətin olacağını bildirən Seyid Naim Şah Pakistanın Prezidentinə, Baş nazirinə və Sind əyalətinin icra başçısına əfv olunması üçün müraciət edib.

Qeyd edək ki, Seyid Naim Şah 2010-cu ildə fikir ayrılığı zəminində başqa bir adamı güllələyib öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilib.

Tarix
2022.01.22 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla