Yuxarı

Bakı dünyanın 10 şəhəri arasında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı dünyanın 10 şəhəri arasında

"Ekonomist" ("The Economist") nəşrinin tədqiqat bölməsinin hesabatına əsasən, Avstraliyanın Melburn şəhəri ikinci dəfə ən yüksək həyat səviyyəsinə malik şəhər adlandırılıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Melburn 2010-cu ildə birinci pilləni tutub. İkinci pillədə Vyana (Avstriya), üçüncüdə Vankuver (Kanada) yerləşib. İlk onluqda Avstraliyanın 4 şəhəri (Melburn, Sidney, Adelaida, Pert), Kanadanın 3 şəhəri (Vankuver, Toronto, Kalqari), həmçinin Avstriya, Finlandiya və Yeni Zelandiya ölkələrinin paytaxt şəhərləri yer alıb.

"Ekonomist" nəşri, həmçinin 2010-cu ildən etibarən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Qonolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya).

Analitiklər ən yüksək həyat səviyyəsinə malik şəhərlərdən başqa, 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlərin adını açıqlayıb. Dəməşq (Suriya), Kiyev (Ukrayna) və Tripoli (Liviya) şəhərlərində həyat səviyyəsi çox aşağı düşüb.

Hesabata əsasən, mülki iğtişaşlar, (məsələn, Honkonq və ABŞ-da), terrorizm (məsələn, Yaxın Şərqdə "İslam dövləti" və ya Afrikada "Boko-Haram") və ya lokal münaqişələr (məsələn, Ukraynanın cənub-şərqində) səbəbindən həyat səviyyəsi aşağı düşüb.

Tarix
2015.08.19 / 20:32
Müəllif
Günay Ali
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla