Yuxarı

Keçmiş Quantanamo məhbusundan şok - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş Quantanamo məhbusundan şok - Açıqlama

ABŞ üçün əsas məsələ İŞİD-i məhv etmək yox, ona lazımi miqyas və format verməkdir.

Axar.az xəbər verir ki, bunu keçmiş Quantanamo məhbusu, Rusiyada tanınmış din adamı Ayrat Vahidov (Salman Bulqarski) bildirib.

O reaksiya.az-a bildirib ki, İŞİD-i "Amerika layihəsi" adlandırmaq olmaz, bu, islamdaxili məhsuldur:

"Lakin Yaxın Şərqin parçalanması barədə ABŞ-ın çoxdankı planı var – istər Suriyada, istərsə də İraq və Türkiyədə.

İŞİD müqəvva kimi lazımdır. Məsələ İŞİD-i tamamilə məhv etməkdə yox, az qala bütün region ölkələrinin vətəndaşlarını qorxutmaq və əl altından öz layihələrini gerçəkləşdirmək üçün İŞİD-ə "qorxunc müqəvva" formatını verməkdir".

Keçmiş məhkum Qafqazda İŞİD qorxusu olduğunu düşünmür.

A.Vahidovun sözlərinə görə, ərəb monarxiyaları Suriyada mülayim müxalifətə sponsorluq edir, radikallara yox:

"İŞİD vəhhabizmə əsaslanır, gənclik monarxiyanı təmiz vəhhabizmdən uzaqlaşmaqda ittiham edir, ona görə də, monarxiyalar üçün təhdid realdır. Moskva isə hazırda Əsədi xilas etməyə çalışır, İŞİD sadəcə münasib səbəbdir".

Gənclik illərində radikal vəhhabizmə inandığını deyən A.Vahidov indi artıq fərqli düşündüyünü əlavə edib:

"Mən artıq əminəm ki, vəhhabizmi xarici güclər geopolitik layihələr üçün istifadə edirlər".

Tarix
2015.08.24 / 17:47
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla