Yuxarı

Bu ölkədə 38 il sonra inflyasiya ən yüksək həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Enerji daşıyıcılarının qiymətinin yüksəlməsi Avstriyada inflyasiyanı 1984-cü ildən bəri ən yüksək həddə çatdırıb.

Axar.az xəbər verir ki, ötən ilin dekabr ayında inflyasiya 4,3 faiz, bu ilin yanvar ayında isə illik müqayisədə 5 faiz olub. Avstriya Statistika İdarəsinin baş direktoru Tobias Tomas bildirib ki, inflyasiyanın yüksək səviyyədə olması ilk növbədə dünya bazarlarında enerji daşıyıcılarının qiyməti ilə əlaqədardır.

Bildirilib ki, 2021-ci ilin yanvar ayı ilə müqayisədə istixana üçün mazut 45,8 faiz, təbii qaz 41 faiz, dizel 30,8 faiz, benzin 28,2 faiz bahalaşıb. Bahalaşma gündəlik tələbat mallarında 4,9 faiz, otel və restoran qiymətlərində 6,3 faiz, nəqliyyat və kirayə qiymətlərində isə 1,8 faiz olub.

Statistika İdarəsinin məlumatına görə, dünya bazarlarında enerji qiymətlərinin yüksək olması qarşıdakı aylarda da inflyasiya səviyyəsinə təsir göstərəcək. Mart ayında illik inflyasiya ilə bağlı növbəti proqnozlaşdırma aparılacaq.

Tarix
2022.02.24 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh sazişi... - Rubio

Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

Sabah Ağ Evdə Əliyev və Paşinyan... - Tramp elan etdi

ABŞ-la Azərbaycan anlaşma memorandumu imzalayacaq

İlham Əliyev və Paşinyan Bəyannamə imzalayacaq

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - Video

Tramp Azərbaycanla bağlı sənəd imzalayacaq

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

“Nar” bu abituriyentləri mükafatlandıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla