Yuxarı

ABŞ-la Azərbaycan anlaşma memorandumu imzalayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq.

Axar.az APA-ya istinadən xəbər verir ki, yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək:

- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Tarix
2025.08.08 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ağ Evdə Əliyev və Paşinyan... - Tramp elan etdi

İlham Əliyev və Paşinyan Bəyannamə imzalayacaq

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - Video

Tramp Azərbaycanla bağlı sənəd imzalayacaq

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

“Nar” bu abituriyentləri mükafatlandıracaq

Quterreşdən sabah keçiriləcək ABŞ görüşünə reaksiya

Çin bu üç ölkənin birgə müəssisəsinə qoşuldu - Foto

Narkoloji Mərkəzdə yoxlanış: Sahəsi kiçik, həkim sayı isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla